Здание Государственного Таможенного Комитета в Баку

Gömrük Komitəsi quru meyvələrin real qiymətlərinə aydınlıq gətirdi

1178
(Yenilənib 13:41 04.03.2016)
Dövlət Gömrük Komitəsi (DGK) respublikaya idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması məsələsinə aydınlıq gətirib.

BAKI, 3 matr-Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) respublikaya idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması məsələsinə aydınlıq gətirib.

Sputnik Komitənin mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, DGK mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayır.

Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırma aparılıb və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılıb. Sonuncu aparılan araşdırmalar üzrə qiymətlər aşağıdakı cədvəldə verilib:

Meyvə və quru meyvələrin real qiymətlərinin cədvəli
Sputnik
Meyvə və quru meyvələrin real qiymətlərinin cədvəli

Bir il ərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal edib. Bu da daxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir.

Qeyd etmək lazımdır ki, malların gömrük rəsmiləşdirilməsi sahibkarlar tərəfindən gömrük orqanlarına bəyan olunan gömrük dəyəri əsasında aparılır və gömrük ödənişləri gömrük dəyəri əsasında hesablanır. Gömrük dəyəri anlayışı malın faktiki bazar qiyməti anlayışından fərqli iqtisadi kateqoriyadır və onun digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da malların faktiki satış qiymətindən fərqlənməsi tam təbiidir. Belə ki, malların satış qiyməti sahibkarlar tərəfindən müəyyən edilir və gömrük dəyəri ilə yanaşı, eyni zamanda müxtəlif gömrük ödənişlərini (gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımlar və s.) ehtiva edir. Bu qiymətlər digər iqtisadi amillərlə yanaşı, əsasən tələb və təklif arasında nisbətdən və bazarın liberallıq dərəcəsindən asılıdır. Eyni zamanda daxili bazarda satış qiymətlərinə həmin malların təklifi ilə bağlı alıcıların rasional gözləntiləri, mövsümi dəyişikliklər, bayram öncəsi alıcılar arasında ajiotaj və s. kimi daha mürəkkəb faktorlar təsir edir.

Məsələn, cədvəldən də göründüyü kimi, "badam, qabığı təmizlənmiş:" ölkəmizə idxal olunarkən gömrük orqanlarına bəyan edilən qiyməti 28 manat olduğu halda bazarlarda 18-23 manata satılır. Bu da respublikamızda yetərincə istehsal olunan badamın rəqabətdə üstünlüyü ələ alaraq bazarlarda artıq özünə yer tapması deməkdir və bu amil bir daha sübut edir ki, idxal qiymətləri satış qiymətlərinin formalaşmasında mühüm rol oynamır.

Əlavə olaraq, idxal əməliyyatları adətən malların böyük partiyalarla alqı-satqısını ehtiva edən müqavilələr çərçivəsində həyata keçirilir. Həmin müqavilələrlə müəyyən olunan qiymətlər malların daxili bazarda pərakəndə satış qiymətlərindən fərqlənir.

Qeyd edək ki, son günlərdə respublikaya idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması barədə söhbətlər ölkə gündəmini zəbt etmişdi.

1178
Teqlər:
quru meyvə, meyvə, Dövlət Gömrük Komitəsi, idxal, bazar qiymətləri, bazar
Əlaqədar
Azərbaycana gətirilən təzə və qurudulmuş meyvələr on dəfələrlə baha satılır
Bu meyvə sizi sərxoş olmağa qoymayacaq
Məşhur "Meyvəli bazarı"nda əhalidən nələri gizlədirlər?
Bu meyvə əsəblərinizi sakitləşdirəcək
Meyvələrin insan orqanizminə xeyri
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

56
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

56
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

3
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

3
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər