Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtın bu küçəsinə avtomobillərin girişi qadağan olunacaq

© Azəryolservis ASCBakıda təmir olunmuş küçə
Bakıda təmir olunmuş küçə - Sputnik Azərbaycan
Abunə olmaq
Daş örtüyünün üzərinə qoruyucu və müvəqqəti asfalt qatının salınması ilə əlaqədar olaraq, 3-4 mart tarixlərində Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq

BAKI, 3 mart — Sputnik. Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Neftçilər pospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtın bu küçəsi də sürücülərin ixtiyarına verildi

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, mövcud olan daş örtüyünün üzərinə qoruyucu və müvəqqəti asfalt qatının salınması ilə əlaqədar olaraq, 3-4 mart tarixlərində Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Qoşa Qala Qapıları isə həmin günlərdə avtomobillərin hərəkəti üçün açıq olacaq.

Qeyd edək ki, martın 5-də Əziz Əliyev küçəsi də daxil olmaqla bu küçədən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinədək olan hissədə nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Həmin gün Qoşa Qala Qapıları da avtomobillərin hərəkəti üçün bağlı olacaq. Hər iki küçə martın 6-sı səhər saatlarından etibarən avtomobillərin hərəkətinə açıq olacaq.

Xəbər lenti
0