Bunlar çox qədim, 1940-cı illərdə tikilən “finski” adlanan taxta binalardır

Bakının bütün rayonlarında qəzalı binalar söküləcək

323
Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar verilib.

BAKI, 2 mar — Sputnik. Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar verib.

Sputnik-in məlumatına görə, qərar həmin rayonlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul olunub.

Qərara əsasən Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı Rayon İcra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri — yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməlidir.

İcra hakimiyyətləri mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətlərinin müraciətləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını da təmin etməlidirlər. Eyni zamanda görülmüş işlər barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verilməlidir.

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, Xəzər rayonu ərazisində qəsəbələrin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma və tikinti normalarına cavab verməyən, əsasən magistral yolların və küçələrin kənarında yerləşən, yaşayış üçün yararsız olan mənzil fondunun, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin mülki qanunvericiliyin tələblərinə uyğun, əmlak mülkiyyətçilərinin razılığı ilə yenidən qurulması, yeni binaların inşa edilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər proqramının layihəsini 2 ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin. Bu məsələlərə nəzarət Nazirlər Kabineti Aparatının tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb ki, rayon icra hakimiyyətlərinin müraciətləri əsasında tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğu və hazırlanan layihələrin memarlıq hissələri barədə rəylərin verilməsini müraciət alındıqdan sonra 1 həftə ərzində təmin etsinlər.

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabineti Sabunçu, Binəqədi, Qaradağ rayonları ilə bağlı da analoji məzmunda qərarlar qəbul edib. Bununla da Bakının bütün rayonlarında 5 il ərzində qəzalı, yararsız yaşayış və qeyri-yaşayış obyektləri söküləcək. 

323
 Yardımlıda meşə yanğını

FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"

6
(Yenilənib 19:29 04.08.2021)
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyinə görə yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

BAKI, 4 avqust — Sputnik. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin oxuyun:

Lənkəranın dağlıq ərazisində baş verən meşə yanğınları söndürülüb

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

6
Təhsil naziri Emin Əmrullayev

Təhsil naziri narazı müəllimlərə cavab verdi

9
(Yenilənib 19:08 04.08.2021)
Emin Əmrullayev deyib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur. Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər.

BAKI, 4 avqust — Sputnik. Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında Müəllimlərin İşə Qəbul İmtahanın ədalətsiz keçirilməsi ilə bağlı ittihamlara cavab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, namizədlər riyaziyyat və ingilis dili ixtisasları üzrə MİQ imtahanlarının çətinliyindən şikayətlənməkdə müəyyən qədər haqlıdırlar.

"Suallar çətin olub, amma imtahanlar ədalətsiz olmayıb. MİQ imtahanlarında ibtidai sinif üzrə 3 920 müəllim 41-60 bal aralığında nəticə göstərib. Ümumilikdə 402 nəfər 56-60 bal yığdığından onlar arasında rəqabət yaranacaq. Riyaziyyat fənni üzrə isə 3 nəfər 56-60 bal yığıb, amma ingilis dili fənni üzrə heç bir namizəd bu nəticəni göstərə bilməyib. Bu o demək deyil ki, həmin fənn müəllimlərinin biliyi zəifdir. Bütün bunlar ilkin nəticələrdir. Riyzaiyyat fənni müəllimləri başa düşməlidirlər ki, suallar çətin olsa da, imtahanlar ədalətsiz təşkil olunmayıb", - deyə nazir bildirib.

E.Əmrullayev onu da bildirib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur.

"Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər", - deyə nazir vurğulayıb. 

Nazir imtahan vaxtının uzadılması ilə bağlı təkliflərin dəyərləndiriləcəyini, müddətin artırılmasının mümkün olduğunu söyləyib və məktəblərdə vakant yerlərin gizlədilməsindən də danışıb. Onun sözlərinə görə, əgər kimdəsə belə fakt varsa nazirliyə müraciət edə bilər.

"Bu barədə bəzən media da yazır. Amma məktəbin adını qeyd etmir. Əgər düşünürsünüzsə ki, hansısa məktəblərdə vakant yerlər gizlədilib, bu barədə bizə məlumat verin. Məktəblərin adını qeyd edin, araşdıraq", - deyə nazir söyləyib.

Eləcə də oxuyun:

9
Teqlər:
nazir, təhsil, müəllim, məktəb, imtahan
День Ашуры в столичной мечети Тезепир

Azərbaycanda Məhərrəm ayının başlayacağı Aşura gününün olacağı tarix açıqlanıb

0
(Yenilənib 19:30 04.08.2021)
Qafqaz Müsəlmanları İdarəsi bildirib ki, avqustun 10-da Azərbaycanda Məhərrrəm ayı başlayacaq, avqustun 19-da isə Aşura günü olacaq.

BAKI, 4 avqust - Sputnik. Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Sputn ik Azərbaycan-a bildirilib ki, avqustun 10-da Azərbaycanda Məhərrrəm ayı başlayacaq. Avqustun 19-da isə Aşura günü olacaq.

Kərbəla hadisəsinin tarixi və ya müsəlmanlar İmam Hüseynə niyə yas saxlayır

Məhərrəm İslam dininə görə 4 “haram” (“Muhərrəm” haram edilmiş mənasındadır - K.R.) aydan biridir. İslam hökmlərində bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib. İslam mənbələrində Məhərrəm ayı haqda bir sıra məlumatlar var. O cümlədən, həm İslamaqədərki və həm də İslamın gəlişindən sonra bu ayda baş vermiş əlamətdar hadisələr xatırlanır.

Bunların arasında Adəm Peyğəmbərin yaradılışı, İbrahim Peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması, Musa Peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdən çıxarması və Qiyamət gününün bu ayda baş verəcəyi ilə bağlı xəbərlər var. 

Ancaq heç şübhəsiz, bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla hadisəsidir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə şəhid olub.

Kərbəla hadisələri yalnız qanlı qırğın, müharibə deyil, bütövlükdə bir hadisələr zənciri olub, İslam dininin mahiyyətinin qorunması, dinin hakimiyyətlər tərəfindən sui-istifadəsinə qarşı sivil etiraz idi. Həzrət Hüseyn (ə) əməvi xəlifəsi, hakimiyyəti atasından irs almış Yezidin beyət tələbini rədd edir. İslamda irsi sülalə hakimiyyətinin olmadığını, Peyğəmbərin xəlifəsi adına iddia edən şəxsin dinin tələblərinə riayət edən, əxlaqlı, ədalətli insan olması tələbini qoyur. İmam Hüseyn (ə) bir inqilabçı, üsyançı deyil, özünün də dəfələrlə dediyi kimi, islahatçı, insanları doğruya dəvət edən, pisliklərdən çəkindirən və nəhayət, bu yolda öz həyatını və ən yaxınlarını qurban verən bir əzabkeş idi. 

Həzrət Hüseyn bir döyüşçü və ya komandir deyil, ilk növbədə İmam, İslam ümmətinin rəhbəri idi. Bütün qanlı cinayətlərin, qarşılaşdığı haqsızlıq və nifrətin müqabilində düşmənlərini əfv etməsi, mərhəmətlə yanaşması, İmam Hüseynin (ə) rəhmli, mərhəmətli, həqiqi Allah aşiqi olduğunu göstərir. Məhz bu səbəbdən Kərbəla hadisələri, İmam Hüseynin fədakarlığı bir çox dünya mütəfəkkirlərinə böyük təsir göstərib, ilham qaynağı olub.

İmam Hüseyn hicrətin 4-cü (Miladi 626-cı il) ili, Şaban ayının 3-də Mədinə şəhərində dünyaya gəlib. Hüseyn (ə) İmam Əlinin (ə) İmam Həsəndən (ə) sonra dünyaya gəlmiş ikinci övladıdır. Rəvayətə görə, İslam Peyğəmbəri (s) Hüseyni çox sevib əzizləyərmiş. Bununla bağlı bir sıra hədislər var: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib”.

İmam Hüseyn (ə) “Əhli-Beyt”in üzvüdür. Məşhur rəvayətə görə, İslam Peyğəmbəri (s) qızı Fatimə, kürəkəni Əli (ə) və nəvələri Həsən və Hüseynin “Əhli-Beyt”dən olduğunu bildirib. İmam Hüseyn (ə) 3-cü imamdır. Qardaşı İmam Həsəndən (ə) sonra müsəlmanların rəhbəri (imam) olub. İmam Hüseyn (ə) İmam Əli ailəsinin üzvü kimi ilahi elmə, yüksək əxlaqi dəyərlərə sahib insan olub. O, bir alim olmaqla yanaşı, atasının yaxın köməkçisi kimi onunla birgə döyüşlərdə iştirak edib.

Kərbəla çölündə hökumət qoşunları İmam Hüseyn (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalır. Nəhayət, Məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla, 72 tərəfdarı ilə birlikdə şəhid edir. Kərbəla şəhidlərinin kəsilmiş başları əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Dəməşqə aparılır...

İslam tarixində dönüş nöqtəsi

Hicri Məhərrəm ayının 10-da baş verənlər İslam tarixində dönüş nöqtəsi sayılır. Bu hadisə İslam dünyasında böyük təsir yaratdı. Səhabə və tabeindən olan çox insanlar Yezidə etiraz etdilər, hətta daha sonra xəlifə İmam Hüseynin (ə) öldürülməsi ilə bağlı fərman vermədiyini, bunu Kufə valisinin özbaşına etdiyini deyir. Ancaq etirazlar böyüyür və sonrakı il Mədinədə etirazları yatırmaq üçün əməvi xəlifəsi Yezid şəhərə ordu göndərib Mədinəni yandırır. Ancaq Kərbəla hadisəsindən sonra xilafətdə əməvi sülaləsinə etirazlar dayanmır. Bir neçə ildən sonra baş verən Muxtar Səqəfinin qiyamı zamanı Kərbəlada cinayətə əl atan xəlifə döyüşçüləri cəzalandırılır. Əməvi imperiyası isə zəifləyir. 

Ancaq Peyğəmbərin (s.ə.s) sevimli nəvəsinin və ailə üzvlərinin qətlə yetirilməsi, ailəsinin əsir alınması, Dəməşqə zəncirlənib aparılması böyük bir faciəyə çevrilir. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.ə.s) nəvəsinə yas tuturlar. Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir, hər il müsəlmanlar Aşura qətliamını eyni baş vermiş qətl hadisəsi kimi qeyd edir, İmam Hüseyn və tərəfdarlarına yenicə dünyadan köçmüş insanlar kimi yas tuturlar. 

Hicri 61-ci ildən sonra Məhərrəm ayı təqvimdə xüsusi yer aldı. İlk olaraq İmam Hüseyn (ə) ailəsi, daha sonra Kufə müsəlmanları Kərbəlada matəm mərasimlərini keçirməyə başladılar. Təxminən 200 il sonra Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdi. Fatimilərin dövründə Misirdə Aşura rəsmi əza və matəm günü olaraq qalırdı. İbn Kəsir yazır ki, hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu, xalq Hüseynin susuzluğunu nəzərə alıb küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə Peyğəmbərin (s) vəfat etdiyi günün ildönümündə olduğu kimi əzadar idi. 

Sonrakı illərdə, hətta Əməvilər dövründə sərt qadağalara baxmayaraq hər il on minlərlə insan Məhərrəm ayını matəm, hüzn mərasimi kimi qeyd edib. Hər il Məhərrəmin 10-cu günü əzadarlıq mərasimləri təşkil olunur, Kərbəla şəhidləri yad edilir. Müsəlman ölkələrində böyük bir mədəni irsə çevrilən növhə, mərsiyə yazılı ədəbiyyatı və şəbih tamaşalarının ilham qaynağı Aşura idi.

Ancaq İmam Hüseynə əza saxlamaq yalnız yas tutmaq deyil, həm də onun tutduğu yolun davam etdirilməsi, Peyğəmbər və Əhli-Beyt yoluna sadiqlik, ədalət tərəfdarı, haqsızlığa qarşı olmaq qəbul olunur. Alimlər Aşura əzadarlığını nəzəri olaraq iki hissəyə bölür. Birinci hissə daha çox zahiri əlamətlərlə seçilən və müsəlman ölkələri folklorunun əsasını təşkil edən mərsiyə, növhə, qəsidə kimi yaradıcılıq nümunələri, şəbih teatrları da daxil olmaqla, əzadarlıq mərasimlərini əhatə edir. 

İkinci əsas hissə isə Aşuranın fəlsəfi mahiyyətidir ki, birinci hissə də məhz buna xidmət edir. Hər il müsəlmanlar heç bir çağırış, dəvət olmadan ilin müəyyən ayında əzadarlıq mərasimlərinə qoşulur, dünyada az hallarda rast gəlinən həmrəylik, yaxınlaşma olur. Müsəlmanları Məhərrəm ayında Hüseyn acısı, Kərbəla çölündə tənha, susuz qalan, əzizlərini itirən, əzabla öldürülən 3-cü İmamın acısı bir araya gətirir. 

Aşura ərəblərin cahiliyyə dövründən rəsmi bayram günləri idi. Həmin gün xalq şənlik keçirirdi. İranda Novruz günü bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura, tarixi bayram günü və ayrı-ayrı ərəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu.

Təbii ki, bütün dini məsələlərdə olduğu kimi, Aşura hadisəsinin qeyd olunmasında da ifrata varmalar olur. Aşura hadisəsini əfsanələşdirən, onun mahiyyətini bəzən təhrif edən hekayə və əhvalatlar meydana çıxıb. Bəzi müsəlmanlar məhərrəmlik ayinlərində baş yarmaq, qan çıxarmaq kimi adətlərdən istifadə edib. Bütün bunlar fərqli yozumlara səbəb olsa da, bütövlükdə təhriflərə, qadağalara baxmayaraq Kərbəla olaylarını unutdurmaq mümkün olmayıb.

Son illərdə müsbət hadisədir ki, Aşurada İmam Hüseynə əza saxlamaqla yanaşı sosial yardımlaşma, ehtiyaclılara yardım, qan verilməsi kimi sosial aksiyalar da keçirilir. 

0