CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında memorandum imzalanıb

© Sputnik / Murad OrujovЦентр ASAN Xidmət
Центр ASAN Xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
Könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

BAKI, 1 mart — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. 

Bakı Şəhər Halqası mətbuat xidmətindən verilən məlumata görə, Memorandumu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova və Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıblar.

Fevralın 29-da baş tutan görüşdə tərəflər könüllü fəaliyyət sahəsindəki əməkdaşlıq çərçivəsində könüllülük fəaliyətinin təşviqi və təbliği haqqında razılığa gəliblər. 

İmzalanma mərasimində çıxış edən İrana Əhmədova, “ASAN xidmət”lə olan əməkdaşlığın Avropa Qran Prisinin keçirilməsinə böyük töhfə verəcəyini bildirib:  ““ASAN xidmət”in könüllüləri hər zaman öz intizamı, bacarıqları ilə seçilirlər və onlara tapşırılmış işləri yüksək səviyyədə həyata keçirmək üçün əllərindən gələni edirlər. Məhz Avropa Qran Prisində belə könüllülərin iştirakı yarışın yüksək səviyyədə təşkil olunmasına rəvac verəcəkdir”.

Xəbər lenti
0