Bankomat qarşısında növbə gözləyən insanlar

Məmurlarla üz-üzə gəlmədən ünvanlı sosial yardım almaq mümkün olacaq

1459
(Yenilənib 11:32 23.02.2016)
Ünvanlı dövlət sosial yardımın təyin olunma mexanizmi elektronlaşdırılaraq "Elektron Hökumət" portalına inteqrasiya olunub.

BAKI, 23 fev-Sputnik. Ünvanlı dövlət sosial yardımın təyin olunma mexanizmi elektronlaşdırılaraq "Elektron Hökumət" portalına inteqrasiya olunub.

Sputnik Trend-ə istinadla xəbər verir ki, artıq ünvanlı dövlət sosial yardımı üçün müraciət və yardımın təyin olunması prosesi "Elektron Hökumət" portalı üzərindən daha sadə və çevik olacaq. Vətəndaşın orta aylıq gəliri, xərcləri, ümumi maddi-məişət şəraiti onun müraciətindən əvvəlki son 12 (on iki) ay üzrə 22-dən artıq dövlət qurumunun informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla ətraflı qiymətləndiriləcək.

Ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada necə müraciət etməli?

www.e-gov.az portalına giriş edin;

"Qeydiyyatsız xidmətlər" bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri sırasından "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətinə keçid edin;

Xidməti seçdikdən sonra Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) giriş interfeysi əks olunacaqdır. Açılan pəncərədə ailəni təmsil edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi və notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsi qeyd edərək "daxil ol" düyməsini seçin;

Nəzərinizə çatdırırıq ki, ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət zamanı təmsilçilik barədə ərizə tələb olunur. Bu ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir.

Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir.

Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.

Məlumat üçün bildirək ki, 23 fevral 2015-ci il tarixində ölkə başçısı tərəfindən imzalanmış Fərman əsasında sosial yardımın ünvanlanması prosesinin elektron təşkili üçün Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi formalaşdırılıb.

Nazirlər Kabitenin 05 fevral 2016-cı il Qərarı ilə sosial yardımın ünvanlanması prosesinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə təşkilinin hüquqi əsası təsdiq edilib.

1459
Teqlər:
Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, "Elektron Hökumət" portalı, ünvanlı dövlət sosial yardımı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elektron hökumət
Əlaqədar
İranla sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Sosial yardım alan hər kəsə 50 manat birdəfəlik müavinət veriləcək
Sosial yönümlü xərclərin həcmi cari ildəkindən yüksək olacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gecikmiş müraciəti

Bakı Kuboku: şəhərin ən yaxşı iki təkər ustaları bəlli oldu - FOTO

1
(Yenilənib 21:26 25.09.2020)
Velosiped idmanı üzrə son yarışlardan üç ay sonra paytaxtda trek velosipedi üzrə Bakı Kuboku baş tutub. Yarışın necə keçdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin

Cümə günü paytaxt velotrekində təkbətək trek üzrə Bakı Kuboku keçirilib, medal dəstləri oynanılıb. İdman tədbiri Bakının Gənclər və İdman Baş İdarəsi ilə Azərbaycan Veloidman Federasiyasının birgə təşkilatçılığıyla baş tutub.

Yarışlar yuniorlar arasında, eləcə də U-15, U-17, U-23 kateqoriyaları üzrə keçirilib. Öz qüvvəsini 60-dək idmançı sınayıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yarış tamaşaçısız keçib. Qeyd edək ki, idmançılar özləri də yarış trekindən kənarda tibbi maskada idilər, Kubok başlamazdan öncə isə onların bədən hərarətləri ölçüldü.

Qarşıda idmançıları Respublika Çempionatı gözləyir, onun Azərbaycanın bölgələrindən birində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, AR Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən sosial məsafənin qorunması şərtilə açıq havada idman tədbirlərinin keçirilməsinə icazə verib.

1
  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

  • © Sputnik / Murad Orujov

    Trek velosipedi üzrə Bakı Kuboku

ABŞ bayrağı. Arxiv şəkli

ABŞ səfirliyindən xəbərdarlıq: Abşeron yarımadasını tərk etməyin

70
(Yenilənib 21:39 25.09.2020)
Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülür

BAKI, 25 sentyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi xəbərdarlıq yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, səfirlik ABŞ vətəndaşlarına gərəkli səbəb olmadan Abşeron yarımadasının hüdudlarından kənara çıxmamağı tövsiyə edir. Bu xəbərdarlıq son günlər Ermənistan – Azərbaycan sərhədində vəziyyətin gərgin olması ilə izah edilir. Səfirlik öz əməkdaşları və onların ailə üzvlərini Abşeron yarımadasını tərk etməmək barədə artıq təlimatlandırıb.

Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülür. Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə, kütləvi toplantılarda ehtiyatlı olmağa çağırıb. Diplomatik korpus bildirib ki, təhlükəsizlik barədə vəziyyəti izləməyə davam edəcək və lazım olduqda əlavə məlumat yayacaq.

Tovuz istiqamətində gərginlik

İyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan  dövlət sərhədində  atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirlərilə onlar itki verərək geri oturdulublar. 
Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.
İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.
Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov Anar Novruzov, gizirlər  İlqar Zeynallı Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.

İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.
Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu "sağ çiyin nahiyəsinin kor qəlpə yarası" xəsarəti alıb.

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

70
Teqlər:
gərginlik, sərhəd, Azərbaycan, Ermənistan, tərk etmək, Abşeron yarımadası, əməkdaşlıq, vətəndaşlar, xəbərdarlıq, ABŞ səfirliyi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistan atəşkəs rejimini pozmağı intensivləşdirib
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
İran Ermənistandan üz döndərir? Ruhaninin məktubu Yerevanı bir-birinə vurub
Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"