Vegetable stall in a Market

Gələcəyimiz təhdid olunur

1184
İnkişaf etmiş dövlətlərin prioritet elan etdiyi qida təhlükəsizliyi ilə bağlı durum, Azərbaycanda necədir: Rəsmi qurumlar "hər şeyin nəzarət altında" olduğunu bəyan etsə də, mütəxəssislər vəziyyətin ürəkaçan olmadığını bildirirlər.

BAKI, 19 fev — Sputnik. Qida təhlükəsizliyi anlayışına dar çərçivədən baxıldığında, qidaların nəzərdə tutulan istifadəsinə uyğun olaraq hazırlanması və istehlakçılara zərər verməməsi mənasında istifadə edilən bir anlayış başa düşülür. Bu anlayışın daha geniş mənası da var.

Qida — qaynaqlı xəstəliklərə səbəb olan bioloji, fiziki və kimyəvi amillərin qarşısını alacaq şəkildə qidaların işlənməsi, hazırlanması, saxlanılması və istehlakçıya təqdim edilməsini təyin edən elmi bir sistemdir. Təhlükəsiz qida isə — hər cür təhrif və yoluxmaya gətirib çıxaran faktordan təmizlənərək istehlaka uyğun hala gətirilmiş qidadır.

HACCP sistemi

Bu gün dünyada qida təhlükəsizliyi ilə bağlı Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP — Hazard Analysis ana Critical Control Points) adlanan sistematik və məntiqi bir yanaşma mövcuddur. HACCP qida müəssisələrində sağlam qida istehsalı üçün lazımlı olan gigiyena şərtlərinin (personal gigiyenası, avadanlıq gigiyenası, xammal gigiyenası, mühit gigiyenası, və s.) təyin olunaraq, bu şərtlərin təmin edilməsi, istehsal və xidmət mərhələsində istehlakçı baxımından sağlamlıq risqi meydana gətirə biləcək səbəblərin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması təməlinə söykənən bir məhsul etibarlılığı sistemidir. HACCP sistemi qida təhlükəsizliyinə təsir edən təhlükələrin əvvəldən təyin olunması və nəzarət altına alınmasını təmin edən sistematik bir yanaşmadır.

Kartof
© Sputnik / Виталий Аньков

HACCP ilk olaraq 1960-cı illərdə ABŞ-da PILLSBURY firması tərəfindən, ABŞ ordusu və NASA üçün məhsul istehsalında "sıfır səhv" məqsədi ilə istifadə edilib. Daha sonra 1970-ci illərdən başlayaraq FDA (Food and Drug Administration — ABŞ Qida və Dərman Dairəsi) tərəfindən istifadə edilməyə başlanıb.

Əvvəl yalnız ABŞ-da tətbiq olunan HACCP sistemi, başda Avropa Birliyi olmaqla digər ölkələrin də diqqətini çəkib və 14 iyun 1993-cü il tarixli 93/43/EEC "Qida maddələrinin Gigiyena" Direktivi ilə Avropa Birliyi içindəki bütün ərzaq məhsullarına HACCP sistemi tətbiq edilib.

Bizim ərzaq təhlükəsizliyimiz necə təmin olunur?

Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində vəziyyət necədir? Ölkəyə gətirilən məhsulların keyfiyyətinə necə nəzarət edilir?

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, bu sahədə ölkəmizdə vəziyyət yaxşı deyil: "Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Baxmayaraq ki, beynəlxalq təşkilatlar təşəbbüs göstərib qanun layihəsi hazırlayıb veriblər. Hökumət qurumları arasında müzakirə olunur. Lakin, məsələ hələ də qalıb".

"Həmin qanun layihəsində ekspertizanın müstəqilliyi, sertifikat verən orqanın müstəqilliyi və s. nəzərdə tutulub. Bu gün ölkədə təhlükəli ərzaq malları var. Ölkədə normal və müstəqil ekspertiza yoxdur", —deyə E. Hüseynov bildirib.

"Yoxlamalarımızdan sahibkarların özlərinin də xəbəri olmur"

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Sputnik-ə açıqlamasında deyib ki, ölkəyə gətirilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət mexanizmi ilə bağlı hər bir qurumun özünün vəzifə funksiyaları var. Onun sözlərinə görə, SMPDK Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələri üzrə dövlət siyasətini həyata keçirir.

F. Talıblı bildirib ki, məhsulların standartlara uyğunluğuna nəzarət funksiyası da var idi, ancaq Azərbaycanda yeni qanunvericiliyə əsasən sahibkarlıq sahəsində yoxlamalar 2 il müddətinə dayandırılıb: "Bu, sahibkarlığın inkişafı üçün münbit şərait yaradır. Amma, məhsulların keyfiyyətinə, təhlükəsizliyinə nəzarətin daha müasir, beynəlxalq tələblər səviyyəsində qurulmasını həyata keçiririk. Belə ki, sahibkarların xəbəri olmadan məhsullar satış məntəqələrindən alınır və laboratoriyaya təqdim edilir, orada sınaqlar həyata keçirilir. Əgər xoşagəlməyən faktlar, nöqsanlar aşkar olunursa, qanunvericiliyn tələblərinə əsasən müvafiq tədbirlər görülür".

"Belə faktlar da ara-sıra olur. Məhsulların tərkibinin standarta uyğun olmaması faktları aşkarlanır. Hətta bu yaxınlarda alkoqolsuz içki, yəni bir limonadı satışdan götürüb, sınaqlarını həyata keçirdik. Limonadın tərkibində insan orqanizminə ciddi ziyan olan mikroorqanizmlər, bağırsaq çöpü qrupundan olan bakteriyalar və s. aşkar edildi. Bununla bağlı müvafiq qurumlara da məlumat verildi", —deyə Komitə sözçüsü bildirib.

Zərərli orqanizmlər aşkarlanmışdı…

Xatırladaq ki, fevralın 16-da İran İslam Respublikasından Azərbaycana daxil olan və hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən nümunələr götürülüb. Götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib.

Ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm — kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib. Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün, 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması üçün ilkin sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilib.

1184
Teqlər:
zərərli orqanizm, Fazil Talıblı, Eyyub Hüseynov, HACCP sistemi, ərzaq təhlükəsizliyi, Qida təhlükəsizliyi
Əlaqədar
Saatlıda qidadan zəhərlənən qadın bir həftə sonra xəstəxanada ölüb
İnsan üçün daha faydalı olan qidalar
Ömrü uzadan və cavan qalmağa kömək edən qidalar
Bu qidalar nikotini bədənimizdən təmizləyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11