İdman malları dükanı. Arxiv şəkli

İdman malları satılan mağazalarda qiymətlər "əl yandırır"

452
(Yenilənib 15:24 17.02.2016)
Tək şalvar 60 manatdan başlayır. İdman ayaqqabılarının qiymətləri 70-130 manat civarında dəyişir. İdman ləvazimatlarının qiymətləri də orta statistik azərbaycanlının büdcəsini gücə soxacaq həddədir.

BAKI, 17 fev — Sputnik. Bir ildə iki dəfə baş verən devalvasiya ölkədə bütün sahələrə öz mənfi təsirini buraxdı. Qida sektorundan tutmuş, geyim, daşınar əmlak və digər sahələrdə 100 faizədək bahalaşma yaşandı.

Sputnik-in əməkdaşı idman malları satılan mağazalara baş çəkərək, devalvasiyanın təsirlərini araşdırıb.

Bədən Tərbiyəsi və İdman Akademiyasının yaxınlığında yerləşən "Çempion" mağazasında qiymətlər devalvasiyaya görə o qədər bahalaşmasa da, heç köhnə qiymətləri də ucuz sayılmaz. "Adidas" markalı idman geyimlərinin ən ucuz qiymətləri ilə maraqlanırıq. Tək şalvar 60 manatdan başlayır. İdman ayaqqabılarının qiymətləri 70-130 manat civarında dəyişir. İdman ləvazimatlarının qiyməti də orta statistik azərbaycanlının büdcəsini gücə soxacaq həddədir.

"Hələ köhnə mallardır deyə, qiymətlər bahalaşmayıb, əvvəlki qiymətlərlə satırıq. Amma yaxınlarda Türkiyədən yeni mallarımız gələcək, onda məcburən qiymətləri qaldırmalı olacağıq", —deyir söhbətləşdiyimiz satıcı.

Orada olduğum müddətdə bir nəfər belə, müştəri gözə dəymirdi. Satıcı da müştəri qıtlığından gileyləndi. Təbii ki, qiymətləri "od tutub yanan" mağazadan heç nə almayıb çıxdım.

"Sporttech" idman mağazasında da eyni mənzərə müşahidə olunur — müştəri yox, qiymətlər baha. Amma insafla danışsaq, əvvəlki ilə müqayisədə burada qismən ucuzluqdur. Bu dükanda da mallar köhnə qiymətlərlə satılır. Və yeni gələcək malların qiyməti devalvasiya ucbatından baha qiymətə satılacaq.

İdman ölkəsi sayılan Azərbaycanda normal idman geyimi və ayaqqabısı almaq üçün ən azı 130 manat pul lazımdır. Məsələn, tələbənin aylıq təqaüdü isə 58-110 manat arasında dəyişir. Ölkədə orta aylıq əməkhaqqının, təxminən 450 manat olduğunu da nəzərə alsaq, idmanla bağlı arzularımızın reallaşmasının nə qədər çətin olduğu ortaya çıxır.

452
Teqlər:
idman malları, bahalaşma, devalvasiya, idman
Əlaqədar
Ekspertlərdən "həyacan siqnalı": kreditlər bahalaşacaq, iş yerləri bağlanacaq!
Hansı məhsullar daha çox bahalaşıb: rəy sorğusunun qəribə nəticələri
Ən çox bahalaşmaya məruz qalan tikinti materialları bəlli oldu
Tütün məhsulları yenidən bahalaşdı
Təqaüdçü qadın, arxiv şəkli

Pensiyaçıların həsrətlə gözlədiyi xəbər gəldi - artımların vaxt veriləcəyi açıqlandı

20
(Yenilənib 13:57 20.01.2021)
Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:

"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

20
Məktəblərin birində, arxiv şəkli

Bu şagirdlərin summativ qiymətləndirilməsi aparılmayacaq

22
(Yenilənib 12:52 20.01.2021)
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.

BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.

22
Teqlər:
Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

"Şəhidlərin simvolu qərənfillər bu gün xarı bülbül ilə birlikdə açır" - Çavuşoğlu

0
(Yenilənib 14:02 20.01.2021)
Türkiyə XİN başçısı deyib ki, şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır.

BAKI, 20 yanvar — Sputnik. "20 yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.

"Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.

0
Teqlər:
20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar", Şəhidlər Xiyabanı, şəhidlər, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu