Günəşli hava

Havanın temperaturu yüksələcək

14
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 9-14, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq

BAKI, 15 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 9-14, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

14
Teqlər:
Bakıda və Abşeron yarımadası, temperatur, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, hava, yağış
Əlaqədar
Sabah hava dəyişkən olacaq
Sabahın hava proqnozu açıqlandı
Ölkə ərazisində hava kəskin dəyişib
Havanın temperaturu yüksələcək