Ağlayan uşaq

Uşaqları döyməyin, siz bununla onların gələcəyini zədələyirsiz!

2164
(Yenilənib 17:21 13.02.2016)
Türk psixoloqdan uşaqların tərbiyəsi ilə bağlı alqoritmlər.

BAKI, 13 fev-Sputnik. Biz vaxtaşırı şiddətə məruz qalmış uşaqların dramını eşidirik. Normal duyğuları olan insanlar bu dramatik həyat hekayələrini dinləyəndə, ya da oxuyanda, çox mütəəssir olsalar da, bəzən gündəlik həyatlarında özləri də öz uşaqlarına qarşı şiddət tətbiq edirlər. Bəs şiddət uşaqların psixologiyasına, gələcəyinə necə təsir edir? 

Sputnik-in məlumatına görə, bu barədə türkiyəli uşaq psixoterapevti və psixoloq Ramazan Şimşək öz saytında məlumat verib. O, deyib: "Uşaqda formalaşan güvən duyğusu yaşadığı hər dönəmdə həyatına təsir göstərər. Yəni uşaq ata və ana ilə necə münasibət qurarsa, həyatla da o şəkildə münasibət qurmağı öyrənər. Verbal və ya fiziki cəhətdən şiddətə məruz qalan uşaqların ilk olaraq güvən duyğusu zədələnər. Ən çox güvənib etibar etdiyi insandan şiddət görən uşağın psixikası darmadağın olur. Güvən duyğusu sarsılan uşağın şüuraltında bu hadisə həyatda "ata — anana belə güvənməyəcəksən" şəklində formalaşar. Hər yerdən təhlükə gözləyən uşağın psixikasında paranoik düşüncələr formalaşar. Bütün münasibətlərə şübhə ilə yanaşması onun şəxsiyyətinin sağlam inkişafına mane olur. Eyni zamanda gələcəkdə yarana biləcək psixi xəstəliklərin təməlini qoyar, həm də uşağın bədəni fiziki şiddətə məruz qalmış olar. Bu yaralar onun sağlam düşüncələrini də zədələyər."


Psixoloqun sözlərinə görə, təcavüzə məruz qalmış uşaq aşağıdakı 3 yoldan birinə baş vurur: 

1. Ağrı və əzabdan qaçmaq — bu yola baş vuran uşaq əzablara boyun əyməyə öyrəşər, passiv və asılı şəxsiyyət halına gələr. Belə uşaq artıq hər cür təcavüzə açıq halda olacaq. Özünün şüuru formalaşmaz, kim nə desə ona uyğunlaşmağa başlayar.
2. Ağrıya qarşı mübarizə — belə uşaq öz əzabını sakitləşdirmək üçün davamlı olaraq özünə, heyvanlara, insanlara şiddət göstərər. Etdiyi təcavüz sadəcə fiziki cəza ilə məhdudlaşmaz, kiçik yaşlarda həmcinslərinə, böyük yaşda isə qarşı cinsə şiddət göstərərlər. Bu cür uşaqlarda ən çox hiperaktivlik, əsəbilik, aqressivlik, yalan danışmaq, oğurluq kimi hallar nəzərə çarpar.
3. Uzaqlaşma — bu yolu seçən uşaqlar cəmiyyətdən, insanlardan ayrı düşərək əzablarını basdırmağa çalışırlar. Qatillər, cinsəl problemləri olan insanlar, zərərli vərdişlərdən asılılıq əsasən bu qrupdan çıxar. Gizli — gizli həyatdan intiqam almağa çalışırlar. Uşaqlıqda isə daha çox kəkələmə, sidik buraxma, özünəqapanıqlıq, fikir dağınıqlığı müşahidə olunur.

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, bu məsələdə hər iki tərəfə psixoloji dəstək vermək şərtdir. Səbəbi nə olursa olsun, övladına qarşı fiziki cəza tətbiq edən ata — ananın psixikasında az və ya çox dərəcədə problem vardır və onlar mütləq mütəxəssisdən yardım almalıdırlar. Şiddətə məruz qalmış uşaqların psixi sağlamlığının bərpa olunması üçün ilk növbədə valideynlərin, sonra isə uşaqların psixoloji yardıma ehtiyacı var.

"Bəs şiddətə məruz qalmış uşaq üçün nələr edə bilərik?" sualına cavabında Şimşək deyib: "Əgər uşaq 0-3 yaş aralığındadırsa, ən təsirli terapiya oyun terapiyasıdır. Bununla bərabər musiqili terapiya da uşağı sakitləşdirər və özünü güvəndə hiss etməsini təmin edər. Üç yaşdan yuxarı uşaqlar üçün isə şəkil və hekayə terapiyalarıdır. Əgər uşağın məruz qaldığı şiddət travmatik təsir yaradıbsa,onda EMDR, yəni travmadan sonrakı travmanın təsirlərinə qarşı duyarsızlaşdırma, hissizləşdirmə ilə bağlı terapiyadan istifadə olunar. Evdə edilə biləcək ən yaxşı üsul isə güvənli mühit yaratmaqdır. Şiddət və qorxu ifadə edən cizgi filmlərdən, kompüter oyunlarından onun keçmiş xatirələrini yadına sala biləcəyi üçün mütləq şəkildə uzaq durulmalıdır. Ata və ananın edə biləcəyi ən yaxşı şey isə uşaqla bolluca oyun oynamaqdır. Güvəni, etibarı, sevgini, bağlılıq və sevinci inşa etmənin ən təsirli yolu oyundur."

2164
Teqlər:
passiv, hiperaktivlik, dram, döymək, şiddət, uşaq psixologiyası, Ramazan Şimşek, psixoloq, fiziki, uşaq
Əlaqədar
Uşaq ağlayırsa nə etməli?
Körpə uşaq ana bətnində rəqs edir
Uşaq tərbiyəsində 7 məqam
Bir ailə - bir uşaq qanunu ləğv edilir
Televiziya, uşaq və ünsiyyət
Müğənni Rəsul Əfəndiyev

"Ay anası olanlar..." Azərbaycanlı müğənnidən təsirli mahnı - VİDEO

2
(Yenilənib 16:48 08.03.2021)
Rəsul Əfəndiyevin analara həsr etdiyi yeni layihəsində əsas rolu teleaparıcı, Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə canlandırıb

BAKI, 8 mart - Sputnik. Müğənni Rəsul Əfəndiyev bütün analara həsr etdiyi mahnısını təqdim edib. 

Müğənni Sputnik Azərbaycan-a bildirib ki, "Ana" mahnısının sözlərini Rafael Qədirov, musiqisini isə Fərid Kərimli yazıb. Mahnının lentə alınmasında kamançaçı Elnur Kərimov, Kənan Tərlanoğlu (ud) və balabançı Nurlan Bəkirov da iştirak ediblər. 

Klipin ssenarisi Kənan Bayramova məxsusdur. Klipdə əsas, ana obrazını Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə yaradıb. Qəhrəmanların obrazı üzərində dizayner Afaq İsmayılzadə işləyib. 

"Ana hər birimizin həyatında vacıb insandır. Həmişə yanımızdadır, nə etsək, dəstək olur. Onların simasında bütün Azərbaycan qadınlarını təbrik edirəm", - Əfəndiyev deyib. 

Rəsul Əfəndiytev gənc ifaçılar arasında özünəməxsus yer tutur. O, Xalq artisti Aygün Kazımova ilə duetindən sonra məşhurlaşdı, hazırda da Kazımova ilə işbirliyini davam etdirir.

2
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, müğənni, ana, mahnı, video, klip
Qarabağda qəbiristanlıq, arxiv şəkli

Hərbçilər Şuşada Növrəsli qardaşlarının ulu babalarının qəbrini tapıblar- VİDEO

117
(Yenilənib 16:17 08.03.2021)
Öz yaradıcılıqları ilə Azərbaycanda məşhur olan qardaşlar bildirilbər ki, ilk fürsətdə dövrünün görkəmli şairi olmuş ulu babalarının qəbrini ziyarət edəcəklər.

BAKI, 8 mart — Sputnik. Azərbaycanlı hərbçilər Şuşada məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbrini tapıblar. Növrəs öz yaradıcılıqları ilə məşhur olan azərbaycanlı qardaşların – Şahin, Tərlan, Nurlan və Arslan Növrəslilərin ulu babasıdır.

Bu barədə Sputnik Azərbaycan-a şair Tərlan Növrəsli məlumat verib. Onun sözlərinə görə, qardaşlar şokdadırlar və eyni zamanda şaddırlar ki, ulu babalarının qəbrindən nəsə qalıb.

"Şuşadakı bütün tarixi abidələr, o cümlədən də qəbirlər ermənilər tərəfindən vandalizmə məruz qalıb. Ona görə də bizim orada ulu babamız Mirzə Ələsgər Növrəsin qəbrini tapacağımıza ümidimiz demək olar ki, yox idi. Biz hazırda Şuşada xidmət çəkən hərbçilərimizə minnətdarıq. Onlar məşhur azərbaycanlıların dəfn edildiyi yeri tapıblar, daha doğrusu onlardan nələrinsə qaldığı yeri. Şuşa qəbiristanlığında şair Qasım bəy Zakirin qəbrini tapıblar, onun yanında da bizim ulu babamızın", - deyə Növrəsli bildirib.

Qardaşlar onu da bildiriblər ki, ilk fürsətdə ulu babalarının qəbrini ziyarət edəcəklər.

Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olub. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığıncağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə yanaşı, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı.

Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. O, 1912-ci ildə vəfat edib. Onun dörd övladı olub. Qızı Fatimə bəyimi Xurşidbanu Natəvanın oğlu Seyid Həsənə ərə verib.

Mirzə Ələsgər Növrəs Xurşidbanu bəyim Natəvan, Seyid Əzim Şirvani və başqaları ilə yazışırdı.

© Photo : Courtesy of Tarlan Novrasli
Məşhur Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin qəbri

1872-ci ildə Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olub. O, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından olub. Bu məclislərə o dövrün ən görkəmli şairləri və musiqiçiləri toplaşıblar. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib

1912-ci ildə vəfat edərkən o, Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.

Onun adını daşıyan nəvəsi İqtisad Elmləri namizədi, dosent Növrəs Növrəslidir.

117