İsmayıl bəy Qutqaşınlı küçəsində evlər

MTK-lara ödədiyimiz "mənzil haqları" hara gedir?

1396
Mənzillərin kvadratmetrinə görə hesablanan bu məbləğ, binanın yerləşdiyi əraziyə görə fərqlənir. Şəhərin zonalarına görə, 30 qəpikdən başlayan "ev pulu", bəzi binalarda kvadratmetrə görə hətta bir manata çatır.

BAKI, 12 fev — Sputnik. Yeni tikili yaşayış binalarında "kommunal ödəniş" adı altında, MTK-ların sakinlərdən yığdığı pulların doğru yerlərə xərclənib-xərclənmədiyi uzun müddətdir ki, sual doğurur. Bu mövzu sakinləri olduqca narahat edir. Əksər vətəndaşlar MTK-ların xərcləniləndən artıq pul tələb etdiklərini, ödədikləri pulun qarşılığında isə lazımi xidmət görə bilmədiklərini bildirirlər.

Mənzillərin kvadratmetrinə görə hesablanan bu məbləğ, binanın yerləşdiyi əraziyə görə fərqlənir. Şəhərin zonalarına görə, 30 qəpikdən başlayan "ev pulu", bəzi binalarda kvadratmetrə görə hətta bir manata çatır. Bu vəziyyətə görə əksər sakinlər özlərini sanki yaşadıqları evdə kirayənişin kimi hiss edirlər.

Sputnik əməkdaşının apardığı araşdırmalar göstərir ki, təqsirkarlar təkcə MTK-lar deyil. MTK rəhbərliyi heç bir vətəndaşı zorla ev almağa məcbur etmir. Çoxlu sayda insan ev alarkən mənzilin kommunal xərcləri ilə maraqlanmır. Bu da sonrakı mərhələdə problemə səbəb olur.

  • Bakıda yeni tikili bina
    Bakıda yeni tikili bina
    © Sputnik / Fuad Hasanov
  • Çoxmərtəbəli yaşayış evləri
    Çoxmərtəbəli yaşayış evləri
    © Sputnik / Fuad Hasanov
  • Bakıda çoxmərtəbəli yaşayış evi
    Bakıda çoxmərtəbəli yaşayış evi
    © Sputnik / Fuad Hasanov
1 / 3
© Sputnik / Fuad Hasanov
Bakıda yeni tikili bina

"Nizami Gəncəvi" metrostansiyası yaxınlığında yerləşən "Tural MTK"nın komendantı Zirəddin Verdiyev, sakinlərin çoxunun ev pulu verməkdən imtina etdiyini, nəticədə rəhbərliklə sakinlər arasında problemlər yaşandığını bildirib. Z. Verdiyevlə söhbət apardığımızı görən bina sakini Rəmzi Əliyev isə yaxınlaşaraq pulların nə üçün ödənilmədiyini bildirib.

"Sakinlərdən ev pulundan savayı, 25 manat yığdılar ki, girəcəyə şlaqbaum qoyacaqlar. Dediklərini elədilər, ancaq üstündən 1 ay keçməmiş şlaqbaumu ərazidən götürdülər. Sual verirəm nəyə görə?", —deyə sakin bildirib.

Onun sözlərinə görə, şlaqbaum sakinlərə ona görə lazımdır ki, məhəlləyə yad avtomobillər girməsin: "Səhər işə gedəndə maşınımızı həyətdən çıxara bilmirik. Yad maşınlar da gəlib burda saxlayır. MTK-nın digər fəaliyyətlərinə heç bir etirazım yoxdur. Ödədiyimiz kommunal ödənişlər lazım olan yerlərə — təmizliyə, təmirə, mühafizəyə xərclənir. Sadəcə olaraq bir problem var ki, mühafizə gecələr ayıq-sayaq işləmir. Belə ciddi məsələlərə peşəkar yanaşmaq lazımdır".

"Elmlər Akademiyası" metrostansiyası yaxınlığındakı "Super İnşaat", "ANT" və s. KTK-larda da oxşar problemlər yaşanır. Lakin bu MTK-larda vəziyyət bir az fərqlidir. Misalçün, digər yeni tikililərdən fərqli olaraq burada ev pulu kvadratmetrə görə yox, otaqların sayına görə yığılır.

"ANT MTK"-nın komendantı Vasif Əliyevlə apardığımız söhbətdən aydın oldu ki, 2 otaqlılar ayda 35 manat, 3 otaqlılar 45, 4 otaqlılar isə ayda 55 manat mənzil haqqı ödəyir. Vasif Əliyev binada qaz və "kupça" problemi olmadığını, sakinlərin də heç nədən narazı qalmadığını bildirdi.

"Şamaxinka"da yerləşən "Main MTK"-da yaşayan az sayda sakinlər qaz olmamasından gileyləniblər.

"İki ildir burdan ev almışıq, amma qaz olmadığından yaşaya bilmirik. Evim ola-ola Yeni Yasamalda kirayədə qalırıq" —deyə Elsevər Rzayev qeyd edib.

"Gənclik" və "Nərimanov" metrostansiyaları yaxınlığındakı yenitikili binalarda ev pulu qiymətləri 25-50 qəpik arası dəyişir.

1396
Teqlər:
MTK, yenitikili, bina, mənzil, ev
Əlaqədar
1,7 kilometr uzunluqda bina inşa ediləcək
Masazırda yaşayış binalarının tikintisi üçün böyük təhlükə var
İlham Əliyev gözdən əlillər üçün yeni binanın açılışında iştirak edib
ARDNF Mərkəzi Bankda saxlanılan qızıl ehtiyatını öz binasına köçürür
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

7
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Emin Şəkinski, arxiv şəkli

General Emin Şəkinski vəfat etdi

37
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

BAKI, 21 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, general - mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

37
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC