Nardaranda yeni küçənin salınması

Nardaranda 28 nəfərə kompensasiya ödənilib

26
Nardaranın Abşeron küçəsində siyahıyaalmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Siyahıya alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir.

BAKI, 11 fev — Sputnik. Bakının Nardaran qəsəbəsinin Abşeron küçəsində sökülən obyektlərə görə 28 nəfərə kompensasiya ödənilib. Bunu "Report"a açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda həmin küçədə obyekti olan şəxslərə kompensasiyaların verilməsi davam edir. A.Nəcəfli bildirib ki, qəsəbənin Nəsrullah Əsgərov küçəsində də siyahıyalma və söküntü işləri aparılır.

Qeyd edək ki, Nardaranın Abşeron küçəsində siyahıyaalmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Siyahıya alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir. Həmin obyektlərin 1 kv.m üçün 100-400 manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.

26
Teqlər:
Nardaran, kompensasiya, söküntü
Əlaqədar
Nardaran ağsaqqalı həbsdən buraxıldı
Nardaranda 60-dan çox şəxs həbs edilib
Nardaranda növbəti əməliyyat keçirilib
DTX Nardaran sakininin məxfi əməkdaşlığa cəlb edildiyini açıqlayıb
Nardaran hadisələriylə bağlı həbs edilənlərdən 57-si azadlıqdadır
Nardaranda dördzolaqlı yollar salınır
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Son sutka ərzində ölkədə 996 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

2366
(Yenilənib 20:25 04.08.2021)
İndiyədək ölkədə ümumilikdə 346878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan333694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir.

BAKI, 3 avqust - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 346878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan333694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10465, ötən müddət ərzində isə ümumilikdə 40 70700 test aparılıb.

Avqustun 3-nə Azərbaycanda COVID-lə bağlı durum

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib. 7356 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10257, bu günə qədər isə ümumilikdə 4 060 235 test icra olunub.

Avqustun 2-nə Azərbaycanda COVID-lə bağlı durum

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib. 6 654 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, bu günə qədər isə ümumilikdə 4 049 978 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 041 622, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 924 126, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 496 təşkil edir.

Avqustun 1-nə Azərbaycanda COVID-lə bağlı durum

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 416 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 923 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 301 təşkil edir.

Həmçinin oxuyun: 

* Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub

Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur

2366
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, Azərbaycan, statistika, yoluxma, ölənlər
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
 Yardımlıda meşə yanğını

FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"

8
(Yenilənib 19:29 04.08.2021)
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyinə görə yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

BAKI, 4 avqust — Sputnik. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin oxuyun:

Lənkəranın dağlıq ərazisində baş verən meşə yanğınları söndürülüb

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

8
Здание Администрации президента Азербайджанской Республики

Azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub

0
(Yenilənib 19:30 04.08.2021)
Bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

BAKI, 4 avqust - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Həmçinin oxuyun:

İşğaldan azad edilmiş ərazilərdəki ekoloji durum müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olunub

İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub

0