Məhkəmə çəkici

Gülər Əhmədovanın məhkəməsi yenə təxirə salındı

11
Sabiq deputat Gülər Əhmədovanın şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

BAKI, 9 fev — Sputnik. Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna G. Əhmədovanın məhkəməyə gəlməməsi səbəb olub. Proses fevralın 16-da davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə Gülər Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. O, 2014-cü il mayın 5-də 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra G. Əhmədova üzərindən məhkumluğun götürülməsi barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun müraciətini rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

11
Çaykənd kəndində duman, arxiv şəkli

Dağlarda duman, yağış - Sabahın havası

2
(Yenilənib 14:28 20.09.2021)
Havanın temperaturu gecə 16-21, gündüz isə 28-33, dağlarda gecə 9-14, gündüz isə 17-22 dərəcə olacaq.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə olacaq.

Həmçinin oxuyun:

Qarşıdakı həftənin ilk gününün hava proqnozu

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

2
Əjdər İbrahimov, arxiv şəkli

Azərbaycanda, eləcə dünyanın bir çox ölkələrində çalışan rejissorun anım günüdür

11
(Yenilənib 12:54 20.09.2021)
Əjdər İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" filmləri rejissorun şöhrətini daha da artırır.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan kinosu tarixinə adını yazdıran, istedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan kinosunun inkişafında böyük xidməti olan Əjdər İbrahimovun vəfatından 28 il ötür.

Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - "Türkmənfilm"ə qayıdıb. Burada "Firuzə", "Xəzərin şərqində" və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib.

1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə bu studiyanın birgə ekranlaşdırdığı "Bir məhəlləli iki oğlan" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.

Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. O zaman Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi.

Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri yaradılıb.

Bakıya qayıtdıqdan sonra o, burada "İyirmialtılar" filmini ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında "Qızıl budaq" mükafatına layiq görülüb. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi "Ulduzlar sönmür" tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.

Ə.İbrahimov sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" filmləri rejissorun şöhrətini daha da artırır.

Müxtəlif ölkələrdə çalışır, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərir. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmur.

Rejissor, eyni zamanda, "Vyetnamda gördüklərim", "Günəş ağlayır", "Döyüşən Vyetnamın kino sənəti" və s. kitabların müəllifidir.

Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişib.

Allah rəhmət eləsin!

11