CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Hər dəfə deyirəm ki, gələn il özümə ipoteka ilə ev alacam..."

© Sputnik / Murad OrujovBakıda gənclər
Bakıda gənclər - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər gəncin yaxşı pulu, işi, imkanı olarsa, onun üçün hər gün xüsusi gündür. 2 fevral o zaman maraqlı olar ki, müdirlər gənc işçilərinə, rektorlar tələbələrinə əlavə maaş və ya təqaüd versin"

BAKI, 2 fev — Sputnik. 2 fevral Azərbaycanda "Gənclər günü" kimi qeyd edilir. Sputnik-in əməkdaşı bir neçə fəal gəncin bugünkü günlə bağlı fikrini öyrənib.

© Photo : Agshin EvrenАгшин Эвран, поэт
Агшин Эвран, поэт - Sputnik Azərbaycan
Агшин Эвран, поэт

Aqşin Evrən — gənc şair: "Zaman keçdikcə insanların əlamətdar günlərə münasibəti dəyişməyə başlayır. Artıq insanlar Yeni il və Novruz bayramını qeyd etməyə həvəssiz yanaşırlar. Çünki 2 manatı adamla şəkil çəkdirən Şaxta babaya, 5 manatı vaxtı keçmiş şirniyyatlardan ibarət hədiyyələrə verən insanın içində bayram sevgisi qalmaz. Mən istəmirəm ki, bizim gənclik yalnız hansısa mötəbər təqvim günlərində özünü özəl hiss etsin. Bizim gənclik daim sevgi, həyat dolu olmalıdır, əylənməli, birlikdə gözəl günlər keçirməlidir. Fevralın 2-si poeziya gecəsinə dəvət ediblər, məsələn, həmin tədbirdə gənclərin bir-birinə qarşı xoş münasibətini görsəm, bu, mənim üçün bayram olar".

© Photo : Ali ZulfuqarogluАли Зульфугароглу, журналист
Али Зульфугароглу, журналист - Sputnik Azərbaycan
Али Зульфугароглу, журналист

Əli Zülfüqaroğlu- jurnalist: "Bu günü kiminsə xüsusi olaraq bayram kimi qeyd etməsinə inanmıram. Azərbaycan xalqı Novruz bayramını, Yeni ili və Ramazan bayramını xüsusi qeyd edir, mən də həmçinin. Digər günlər və ya bayramlar xalq tərəfindən xüsusi olaraq qeyd olunmur. Respublika günü və digər bayramlar isə rəsmi səviyyədə qeyd olunur. İnsan həm fiziki, həm də ruhən sağlamdırsa, xoşbəxtdirsə, deməli onun üçün hər gün bayramdır. Təbii, bu daha çox insanın düşüncəsinə bağlı olan məsələdir".

Dilgəm Əhməd — jurnalist: "Gənclər gününü keçirməyim heç yadıma gəlmir. Əgər gəncin yaxşı pulu, işi, imkanı olarsa, onun üçün hər gün xüsusi gündür. 2 fevral o zaman maraqlı olar ki, müdirlər gənc işçilərinə, rektorlar tələbələrinə əlavə maaş və ya təqaüd versin. Quru gün nəyə lazımdır?".

© Photo : Anar İbrahimliАнар Ибрагимли, ди-джей на радио
Анар Ибрагимли, ди-джей на радио - Sputnik Azərbaycan
Анар Ибрагимли, ди-джей на радио

Anar İbrahimli — radio dj: "Hər il fevralın 2-si ölkədə gənclər günü kimi qeyd olunur. Bu bayram gənclərə ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsi idi. O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır".

Leyli Səfərova- tələbə: "Hər il şəxsiyyət vəsiqəmə baxıb, deyirəm ki, eybi yox, bu il ala bilmədim, gələn il ipoteka ilə ev alacam. Beləcə, bir neçə il gənclər gününü yola salmışam".

© Photo : Leyli SafarovaЛейли Сафарова, студентка
Лейли Сафарова, студентка - Sputnik Azərbaycan
Лейли Сафарова, студентка

Xatırladaq ki, 2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. 14 ildi qeyd etmiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Xəbər lenti
0