Azay Quliyev

Deputatdan dövlət qurumlarına ittiham

38
(Yenilənib 16:41 01.02.2016)
Azay Quliyev: "Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanları qanundan irəli gələn məsələlərə lazımi səviyyədə diqqət yetirmir"

BAKI, 1 fev — Sputnik. ""İctimai nəzarət haqqında" qanun layihəsi təsadüfi olaraq ortaya çıxmayıb. Cənab Prezident yanvar ayında Nazirlər Kabinetinin iclasında ictimai nəzarət mexanizmləri ilə bağlı çox ciddi tapşırıqlar verdi, ictimai nəzarətin vacibliyini qeyd etdi. Hesab edirəm ki, bu qanun layihəsi müəyyən qanunvericilikdə boşluqların doldurulmasına, konkret mexanizmlərin yaradılmasına xidmət edəcək".

Sputnik xəbər verir ki, bu barədə millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. O təəssüflə bildirib ki, bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanları qanundan irəli gələn məsələlərə lazımi səviyyədə diqqət yetirmir.

"Məsələn, ictimai şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə var. Əsasnamədə şuraların yaradılması qaydası müəyyənləşib. Amma bəzi qurumlar buna əməl etmir", —deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu baxımdan "İctimai nəzarət haqqında" qanun layihəsi burada müəyyən mənada interaktivliyi də artırmalıdır: "Mexanizm kifayət qədər aydın, başadüşülən olmalıdır. Həm dövlət qurumlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunsun, həm də ictimai nəzarət adı altında müdaxilələr olmasın. Eyni zamanda, müəyyən mexanizmlər də təmin edilsin".

38
Teqlər:
Azay Quliyev, Nazirlər Kabineti, "İctimai nəzarət haqqında" qanun layihəsi
Əlaqədar
Prezident Azay Quliyevin səlahiyyətlərini artırdı
Azay Quliyevin təşəbbüsü ilə Şirvanda layihələrin icrasına başlanılır
Azay Quliyevin qətnaməsi ATƏT PA-nın sessiyasında qəbul edilib