Bolkart

Banklar müştərilərə qarşı sərt tədbirlərə başlayır

6328
Bank kartından zəif istifadə edən, borclarını vaxtı-vaxtında verməyən müştərilərin kartları dondurulmağa başlayıb

BAKI, 1 fev — Sputnik. Ölkədə bir neçə bankın bağlanması, həmçinin bəzilərinin də bağlanma təhlükəsinin olması, cəmiyyətdə ciddi narahatlıq yaradıb. Artıq banklarla bağlı bəzi narahatlıq doğuran xəbərlər yayılmaqdadır.

Bir neçə gün öncə "Bank of Baku"nun müştərilərə təqdim etdiyi "Loyallıq" layihəsi çərçivəsində "Dostlar klubu" kartının və Bolkartın ləğvi barədə xəbərlər yayılmağa başladı. Sputnik-in əməkdaşı məsələni aydınlaşdırıb.

Здание Центрального Банка Азербайджана
© Sputnik / Murad Orujov

"Hörmətli müştəri! Birdiririk ki, "Loyallıq" layihəsi çərçivəsində "Dostlar klubu" kartı üzrə ekspress xətt limitindən istifadə müddəti məhdudlaşdırılmışdır" deyə bank tərəfindən müştərilərə mesaj göndərilir. Məsələ ilə bağlı "Bank of Baku"nun 145 "qaynar xətt"i ilə əlaqə saxladıq. Təxmini 40 dəqiqə xətdə gözləyəndən sonra nəhayət ki, bir xanımın "alo" cavabını eşitdik.

Xanım operator "Loyallıq" layihəsi çərçivəsində "Dostlar klubu" kartının bağlanması xəbərini təsdiqlədi: "Bəli "Dostlar klubu" kartı bağlanır. Amma onu qeyd edim ki, layihə müvəqqəti bağlanır. Zamanı dəqiq bilmirik, amma bir müddət sonra yenidən layihənin aktiv olma ehtimalı da var".

"Bolkart"ın bağlanması xəbərinə gəlincə, bank əməkdaşı belə cavab verdi: "Xeyr, "Bolkart" işləyir. Sadəcə kartdan zəif istifadə edən, borclarını vaxtı-vaxtında verməyən müştərilərin kartları dondurulur. Nümunəvi müştərilərimiz "Bolkart"dan istifadə edə biləcəklər".

6328
Teqlər:
"Bolkart", "Bank of Baku", kart, bank
Əlaqədar
“Texnika Bank”ın da bağlanması xəbəri yayıldı
Dünya Bankı neftin orta illik qiyməti üzrə proqnozunu endirib
"Başqa ölkədə belə haldan sonra Mərkəzi Bankın rəhbəri istefa verərdi"
“Bank of Azerbaijan”ın əmanətlər üzrə öhdəliklərini yerinə yetirməsinə moratorium qoyuldu
Beynəlxalq Banka 600 mln. manat ayrılacaq