Əlil arabası

Əlillərə şad xəbər

120
(Yenilənib 12:01 01.02.2016)
Artıq əlillik müayinəsinin nəticəsi barədə məlumatı telefon vasitəsilə əldə etmək mümkündür

BAKI, 1 fev — Sputnik. Vətəndaşların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron Hökumət" portalı üzərindən təqdim etdiyi "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" e-xidmətindən istifadə etmək imkanları genişləndirilib. ƏƏSMN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, nazirlik tərəfindən bu istiqamətdə növbəti tədbir kimi, əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə daha sadə və asan şəkildə əldə oluna bilməsinə də imkan yaradılıb.

"Artıq vətəndaşlar onların əlilliyinin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinənin nəticəsi barədə nazirliyin 142-"Çağrı mərkəzi" vasitəsilə də məlumat əldə edə bilərlər. Bunun üçün texniki prosedur vətəndaşların asan və rahat istifadə edə bilmələri üçün sadə şəkildə qurulub", —deyə məlumatda bildirilir.

Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş "Çağrı mərkəzi"nə zəng edərək 0 düyməsini yığmalıdır. Bundan sonra şəxs özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edir.

Daxil edilən rəqəmlər səsləndirilərək düzgünlüyü təsdiqləndikdən sonra əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat vətəndaşın diqqətinə çatdırılır. Əgər şəxsə əlilllik təyin olunmayıbsa, informasiya sistemində onunla bağlı məlumat olmadığı bildirilir.

"Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" e-xidməti aparılmış əlillik müayinəsinin nəticəsi barədə məlumat əldə etməyə, habelə hər hansı quruma təqdim etmək üçün əlilliyə dair elektron arayışlar formalaşdırmağa yönəlib. Həmin e-xidmətdən vətəndaşların heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan da istifadə proseduru sadələşdirilərək, elektron yolla da müvafiq məlumatın əldə olunmasına şərait yaradılıb.

120
Teqlər:
e-xidmət, əlil, Tibbi-Sosial Ekspert Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əlaqədar
20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin Prezident təqaüdü artdı
Əlillərlə bağlı proqram təsdiqləndi
İlham Əliyev gözdən əlillər üçün yeni binanın açılışında iştirak edib
Bu rəsmi gözdən əlillər də görə biləcək
Azərbaycanda əlillik müddətsiz təyin ediləcək
Vaşinqtonda Kapitoliy binasına mənzərə, arxiv şəkli

Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular

16
ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib

BAKI, 28 sentyabr - Sputnik. Sentyabr 27-də Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, ABŞ rəsmisi bölgədə baş verən yüksək gərginlik ilə bağlı ciddi narahatlığını ifadə edərək, hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək Azərbaycan silahlı qüvvələrinin özünü müdafiə hüququ çərçivəsində mülki əhalisini müdafiə etmək məqsədilə həyata keçirildiyi cavab həmlələrini qeyd edib. Bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın 30 ilə yaxındır ki, davam edən işğalçılıq siyasətinin durduğu vurğulanıb və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi bildirilib. Yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan üzərində olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin müavini Stiven Biqan öz növbəsində gərginliyin azaldılması üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini qeyd edib.

16
Teqlər:
Ceyhun Bayramov, Dövlət Departamenti, ABŞ, Azərbaycan, Ermənistan, cəbhə xətti, ön cəbhə, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün müraciət edəcək
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

31
Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb

BAKI, 28 sentyabr - Sputnik. Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, işğalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

31
Teqlər:
erməni təxribatı, mərmi, maşın, ev, dinc sakin, Ağdam, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı