Qoyunlar

Gürcüstandan Azərbaycana diri heyvanların idxalı qadağan olundu

54
(Yenilənib 15:31 29.01.2016)
Qonşu ölkədə xırda və iribuynuzlu arasında yayılmış virus səbəbindən, Azərbaycan öz qapılarını Gürcüstanın üzünə bağlamalı olub

BAKI, 29 yan — Sputnik. Gürcüstandan Azərbaycana diri heyvanların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Həsənov məlumat verib.

Onun sözlərinə görə, bu gündən etibarən Gürcüstandan Azərbaycana diri heyvanların (xırda və iribuynuzlu) idxalı dayandırılıb və bununla bağlı DBNX-da müvafiq əmr imzalanıb.

"Qərara səbəb Gürcüstanda yayılmış virusdur. Belə ki, Tbilisi şəhəri yaxınlığındakı Varketili ərazisində xırda buynuzlu heyvanlar arasında "göydil" virusu yayılıb. Və bu amil Xidmət tərəfindən sözügedən qərarın verilməsini zəruri edib", —deyə Y. Həsənov bildirdi.

Qadağanın müvəqqəti olduğunu qeyd edən Xidmət sözçüsünun bildirdiyinə görə, qadağa virusun aradan qaldırılması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olduqdan sonra götürüləcək: "Yanvarın əvvəlindən bu barədə məlumatımız var idi. Həmin vaxtdan da Gürcüstandan qoyunların gətirilməsinə icazə vermirdik. Bununla bağlı Beynəlxalq Epizootik Büronun da məlumatı var".

Xatırladaq ki, bir neçə saat öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində problemlə əlaqədar müzakirələr getdiyi barədə məlumat vermişdik.

54
Teqlər:
Gürcüstan, mal-qara, qoyun, inək, heyvan
Əlaqədar
Ərzaq əvəzinə heyvan yemi yeməyə məhkumuq
Paytaxtda mənşəyi məlum olmayan 4 baş heyvan cəmdəyi aşkarlanıb
Bakıda mənşəyi məlum olmayan heyvandarlıq məhsulları aşkarlanıb
Dünyadakı tükürpədən adətlər: Ölü heyvan qanı ilə uşaqları yuyurlar
Çində heyvanların klonlaşdırılması üçün fabrik tikiləcək