CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu siqaretlər satışdan yığışdırılacaq

© zoneland.ruSiqaret kötüyü
Siqaret kötüyü - Sputnik Azərbaycan
Abunə olmaq
Siqaret qutularının üzərində yüngül, zərərsiz, təbii tütün və ya aromasız kimi əlavə yazılar da qadağan edilir

BAKI, 28 yan — Sputnik. Avropa İttifaqında 2016-cı ildən etibarən siqaret qutuları, üzərində müxtəlif xəstəliklərə yol açdığını göstərən şəkillərlə bazara çıxarılacaq. Bu, Avropa İttifaqına üzv olan 28 ölkədə 2016-cı il mayın 20-də başlayacaq.

Bu barədə Avropa İttifaqı 2015-ci ilin mart ayında qərar vermişdi. Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, siqaret qutularının üzərindəki şəkillərdə ölümcül xəstəliklərə diqqət çəkiləcək. Bir çox Avropa ölkəsində şəkilli siqaret paketlərinin satışına 2015-ci ildən başlanıb.

Курение в общественных местах - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Cibimdə 5 manat var, onu da siqaretə vermək istəmirəm..."

Siqaret çəkənləri bu vərdişlərindən uzaq tutmaq üçün qutuların üzərində yüngül, zərərsiz, təbii tütün və ya aromasız kimi əlavə yazılar da qadağan edilir. 2020-ci ildə isə mentollu siqaretlər bazardan tamamilə qaldırılacaq. Siqaret reklamlarının da qadağan edilməsi gündəmdədir.

Yenilik Avropa bazarında satışa təqdim edilən çox sayda kiçik markanı udaraq, onları bazardan çıxaracaq. 2016-ci ildə elektron siqaretlər üçün satışa təqdim edilən mayelərin (E-liquids) satışları da qadağan ediləcək.

Avropa ölkələrində siqaret çəkənlərin üçdə biri xərçəngdən ölür. Almaniyada hər il təxminən 150 min adamın ölümünə səbəb olan tütün istehlakının qarşısını almaq olmur. Almaniyada ən çox siqaret çəkilən əyalətlərin başında Berlin, Mecklenburg-Vorpommern və Bremen gəlir.

Smoking Ban, Gare du Nord Station, Paris. - Sputnik Azərbaycan
Siqaret çəkib, içki içənlərin nəzərinə!

Ən çox siqaret istehlak edən peşə sahiblərinin başında təhlükəsizlik işçiləri gəlir. Ən az siqaret çəkən peşə sahibləri isə müəllimlərdir. Siqaret istehlakı hər il orta hesabla dünya iqtisadiyyatına 500 milyard avro gəlir gətirir.

Siqaret çəkənlərin bədənində toplanan nikotinin təsirləri illər boyu davam edə bilir. Bəzi qida maddələrinin bu nikotini təmizlədiyi bildirilir. Bunlardan biri kividir. Kivi nikotini bədəndən təmizləyir və tərkibində bol miqdarda vitamin var.

Gicitkənin tərkibində çoxlu miqdarda dəmir və dezinfeksiyaedici xüsusiyyətə malik maddə var. Gicitkən otu sayəsində vücudunuzda toplanan nikotindən qurtula bilərsiniz.

Siqaret çəkmək qadağanı - Sputnik Azərbaycan
SƏHİYYƏ
Avtomobildə siqaret çəkmək qadağan olundu

Siqaret aludəçiliyinz varsa, çəkdiyiniz siqaretin tərkibindəki nikotinin bədəninizdə 3 gün qaldığını unutmayın. Dəriyə zərər verən nikotinin bu təsirinə qarşı kök suyu içə bilərsiniz. Vitaminlər baxımından zəngin olan kök suyu dərinin özünü yeniləməsini və nikotindən təmizlənməsini təmin edir.

Su bədəndəki zəhərli maddələrin atılması üçün olduqca əhəmiyyətlidir. Bədəniniz susuz qalırsa, hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azaldılması çətinləşər.

Xəbər lenti
0