İlham Əliyev - Davos

İlham Əliyev bahalaşma əleyhinə etiraz aksiyalarına münasibət bildirdi

595
(Yenilənib 12:45 22.01.2016)
Prezident: "Kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq"

BAKI, 22 yan — Sputnik. "Neftin qiymətlərinin azalması. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi". Sputnik xəbər verir ki, bunu dünən Davos Dünya İqtisadi Forumu çərçivəsində, "Yeni enerji tarazlığı" mövzusunda keçirilən sessiyada Azərbaycan prezidenti İlham Əliyev deyib.

İlk devalvasiya zamanı manat 1-1 nisbətində olduğu deyən Prezident bildirib ki, ikinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası olub.

"Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi", —deyə dövlət başçısı qeyd edib.

Manatın dəyərdən düşməsi və bahalaşma ilə bağlı ölkədə etirazların başlamasına dair moderatorun sualına isə İlham Əliyev belə cavab verib: "Mərkəzi Bankdakı ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik".

"Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq", —deyə Prezident vurğulayıb.

Prezident deyib Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi: "Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq".

595
Teqlər:
etiraz, devalvasiya, böhran, Dünya İqtisadi Forumu, Davos, İlham Əliyev, Prezident, Neftin qiymətlərinin azalması
Əlaqədar
Bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı rəsmi məlumat yayılıb
Bakının məşhur ticarət mərkəzində aksiya keçirilib
Devalvasiya büdcənin göstəricilərinə artıq təsir göstərib
Manat üçüncü dəfə devalvasiyaya uğraya bilər
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

"Azərbaycanda vurdurmuşam" - yüz iyirmi min əcnəbi üçün "yaşıl işıq"

0
Azərbaycanda vaksinasiyanın əhatə dairəsi genişlənir. Bizimlə yanaşı, xaricdən gələn və yerli əhali ilə sıx təmasda olan əcnəbilərin də sağlam olmaları şərtdir. Bəs onların vaksinasiyası necə aparılır?

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan 120 minə yaxın xarici ölkə vətəndaşı var ki, onlar Azərbaycanda yaşadıqlarından əhali ilə sıx təmasda olurlar.

Azərbaycanda qeydiyyatda olan əcnəbilər arasında da vaksinasiya kriteriyalarına uyğun gələnlər var. Sputnik Azərbaycan ölkəmizdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının COVID-19 əleyhinə vaksinasiyasının necə aparıldığını araşdırıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan əcnəbilər Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"nda nəzərdə tutulan kateqoriyaya aid olduqları halda onların peyvənd olunmasında heç bir problem yoxdur:

"Azərbaycanda iş icazəsi əsasında, eləcə də müvəqqəti və daimi yaşama əsasında icazəsi olanlar ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara müraciət edərək vaksin edilə bilərlər. Bunun üçün xarici ölkə vətəndaşı kimliyini təsdiq edən və Azərbaycanda müvəqqəti yaşama icazəsi olduğu sənədi poliklinikaya təqdim etməklə COVID-19 əleyhinə peyvənd edilə bilərlər".

Əlaqə saxladığımız poliklinikalardan da eyni cavabı verdilər. S.Əfəndiyev adına 2 saylı poliklinikadan Sputnik Azərbaycan-a bildirdilər ki, ölkəmizdə yaşama icazəsi olan əcnəbilər vaksin olunmaq üçün pasport və yaşama icazəsini təsdiq edən sənədi poliklinikaya təqdim etməklə vaksin oluna bilərlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.

Avropaya gedənlərdən vaksin sertifikatı tələb olunacaq>>

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb və getdikcə əhatə dairəsi genişlənir. Məsələn, martın 3-də təhsil işçiləri də COVID-19 əleyhinə vaksinasiyaya qoşulublar. Ölkə əhalisinin vaksinasiyası "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən, iki mərhələdə aparılır. Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu vaksin edilib. İkinci mərhələdə isə 50 yaş və daha yuxarı, ən azı bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərlərinin vaksinasiyası aparılır.

Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

0
Teqlər:
əcnəbi, Azərbaycan, Çin, Sinovac Biotech, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

6
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

6
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ