İlham Əliyev

Hərbi qulluqçuların maaşları artırıldı

386
Azərbaycan prezidenti İlham Əliyev bir sıra qurumların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

BAKI, 19 yan — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Sputnik-in məlumatına görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10% artırılıb.

Prezidentin digər sərəncamları ilə, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10% artırılıb.

 

386