Rauf Mirqədirov

Məhbus jurnalistin barəsindəki hökmdən apellyasiya şikayəti verilib

405
Fuad Ağayev: "Rauf Mirqədirovun barəsində çıxarılan hökmdən apellyasiya şikayəti vermişik və şikayətimiz artıq məhkəməyə təqdim edilib"

BAKI, 18 yan — Sputnik. "Rauf Mirqədirovun barəsində çıxarılan hökmdən apellyasiya şikayəti vermişik və şikayətimiz artıq məhkəməyə təqdim edilib". Bunu Sputnik-ə həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev deyib. Onun sözlərinə görə,şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

405
Teqlər:
şikayət, apellyasiya, bəraət, həbs, Fuad Ağayev, Rauf Mirqədirov
Əlaqədar
Rauf Murqədirovun məhkəmə hökmündən şikayət hazırlanır
Rauf Mirqədirov bəraət istəyib
Dövlət İttihamçısı Rauf Mirqədirova 7 il iş istədi
Rauf Mirqədirovun məhkəmə istintaqı başa çatıb
Ombudsmanın nümayəndələri Rauf Mirqədirov və Arif Yunusla görüşüblər
Rauf Mirqədirovun həbs müddəti uzadılıb
Notebook-la oynayan kişi, arxiv şəkli

Bu qurum vətəndaş müraciətlərini sosial səhifələr vasitəsilə cavablandıracaq

1
Vətəndaşlar həmin səhifələr vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər

 

BAKI, 1 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq. Bu barədə Sputnik Azərbaycan-a DSMF-dan məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar həmin səhifələr:

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz

vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq. Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

1
Teqlər:
sosial şəbəkə, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

5
(Yenilənib 16:14 01.12.2020)
Bu gün üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu Ermənistanın işğalından azad edildi.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonunu işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy, Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”

5
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Laçının azad olunması