Bölgələrdə qiymət artımına qarşı etiraz aksiyaları keçirilib

Bölgələrdə qiymət artımına qarşı etiraz aksiyaları keçirilib

406
(Yenilənib 17:20 13.01.2016)
Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Saxlanılanların olduğu bildirilir. Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir.

BAKI, 13 yan — Sputnik. Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib. APA-nın məlumatına görə, Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Saxlanılanların olduğu bildirilir. Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir.

Ağsu rayonunda da yerli sakinlər tərəfindən etiraz aksiyası keçirildiyi xəbəri yayılıb. Lakin rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov APA-ya bildirib ki, rayonun bir qrup sakini qiymət artımı, əsasən də unun qiymətinin artırılması ilə bağlı İcra Hakimiyyətinə gəlib. Sakinlər Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tərəfindən qəbul olunub. İH başçısı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib. Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.

"Füzulidə baş verən etiraz aksiyasına səbəb qiymət artımıdır". Bunu APA-ya açıqlamasında Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib. B. Aslanov qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: "Saxlanılan və xəsarət alan olmayıb".

Masazırda mitinq
sputnik.az/Fuad Həsənov

Siyəzəndə də sabitlik təmin olunub. Bunu APA-ya açıqlamasında Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirib. O qeyd edib ki, rayonda keçirilən aksiyada ölən və yaralananların olması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil: "Bu barədə yayılan məlumatlar yalandır. Hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır".

Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başcısının birinci müavini Bağır Aslanov "Report"a açıqlamasında rayonun Balabəhmənli kəndi ərazisində aksiya keçirilməsinə münasibət bildirib. O deyib ki, Balabəhmənli kəndinin 500-ə yaxın sakini Bakı-Horadiz avtomobil və dəmir yolunu kəsməyə cəhd ediblər: "Aksiya keçirilən əraziyə rayon polis qüvvələri cəlb olunub. İcra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin ərazidə sakinlərlə profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda rayon ərazisində vəziyyət sabitdir".

406
Teqlər:
Füzuli, Ağsu, bölgə, etiraz, artım, rayon, sosial, aksiya, qiymət
Əlaqədar
Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd edib
Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib
İrəvandakı aksiya dağıdıldı: 46 nəfər həbs edildi
Bu gün İrəvanda növbəti aksiya keçiriləcək