ASAN Xidmət mərkəzi

Şəxsiyyət vəsiqələrinə görə ödənilən rüsumlar artırılıb

1421
(Yenilənib 13:48 12.01.2016)
Anar Hüseynov: "2 may 2014-cü il tarixdə qəbul olunan və 1 dekabr 2015-ci ildə qüvvəyə minən qanun var. Rüsumlar vətəndaşlardan həmin qanuna əsasən alınır"

BAKI, 12 yan — Sputnik. "ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsinə görə ödənilən dövlət rüsumlarının artması ilə bağlı redaksiyamıza müraciətlər daxil olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mətbuat katibi Anar Hüseynov da Sputnik-ə açıqlamasında faktı təsdiqlədi.

Bununla belə, A. Hüseynov rüsumların artmasının "ASAN Xidmət"lə əlaqəsi olmadığını qeyd etdi: ""ASAN xidmət" mərkəzləri, dövlət orqanları tərəfindən göstərilən xidmətləri vahid bir formada hazırlayaraq həyata keçirən orqandır. "ASAN xidmət"də hal-hazırda 10 dövlət qurumu birləşərək bütün xidmətləri həyata keçirir. O ki qaldı "ASAN Xidmət rüsumları qaldırır" iddiasına, bizim belə bir səlahiyyətimiz yoxdur".

Onun sözlərinə görə, "ASAN Xidmət"də tələb olunan rüsumların hamısı qanunvericiliklə təyin olunan rüsumlardır: "2 may 2014-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunan qanun var. Həmin qanun 1 dekabr 2015-ci ildə qüvvəyə minib. Və rüsumlar həmin qanuna əsasən "ASAN xidmət"də vətəndaşlardan alınır".

Anar Hüseynov, ASAN Xidmətin mətbuat katibi
© Photo : Oxu
Anar Hüseynov, ASAN Xidmətin mətbuat katibi

Agentlik rəsmisi rüsumların hansı zərurətdən artması ilə bağlı sualın da onlara deyil, aidiyyəti qurumlara ünvanlanmalı olduğunu dedi: "Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyi tərəfdən həyata keçirilir. Sualınızla bağlı daha dəqiq məlumatı onlardan ala bilərsiniz".

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Sputnik-ə açıqlamasında rüsumların Nazirlər Kabineti tərəfindən müəyyənləşdirildiyini bildirdi.

Qeyd edək ki, hazırda "ASAN Xidmət" mərkəzlərində "Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi" üçün dövlət rüsumları aşağıdakı kimidir:

Şəxsiyyət vəsiqəsi
Sputnik/Murad Orucov
Şəxsiyyət vəsiqəsi

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə isə:

On gün müddətində verildikdə və ya dəyişdirildikdə — 5 manat
Üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə — 25 manat
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə — 35 manat

1421
Teqlər:
ödəniş, rüsum, DİN, pasport, şəxsiyyət vəsiqəsi, ASAN Xidmət
Əlaqədar
ASAN Könüllülərinin yeni layihəsi
ASAN Xidmətə işə qəbulla bağlı test imtahanlarına start verilir
«ASAN xidmət» bölgələrdə səyyar xidmətə başlayıb
Təcili yardım avtomobili, arxiv şəkli

Qəbələdə ehtiyatsızlıq azyaşlının ölümü ilə nəticələndi

0
Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub, onlardan biri dünyasın dəyişib. Dünyasın dəyişən 4 yaşlı uşaq olub.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Yemişanlı kəndində baş verib. Kənd sakinləri - 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyevi və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Körpənin atası Daşdıyev Elimdar hadisənin elektrik xətlərinin düzgün və qanuna uyğun şəkildə çəkilmədiyindən və elektrik dirəklərinin təhlükəli şəkildə çəkildiyindən baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbi elektirik xətlərinin kustar üsulla evlər arasında çəkilməsi olub.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

0
Yanğınsöndürənlər, arxiv şəkli

Bir gündə ikinci böyük yanğın: Bu dəfə Hacıqabulda - FOTO

17
(Yenilənib 21:57 07.08.2020)
Günün ikinci böyük yanğın xəbəri Hacıqabuldan gəldi. Bu dəfə də deyəsən SOCAR-a bağlı obyekdə insident olub.

BAKI, 7 avqust — Sputnik. Hacıqabul rayonu ərazisində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Nəvai qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Sosial şəbəkədə isə Hacıqabul ərazisində qaz kəmərində partladığı yazılır.

17