CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşən neftçilərdən daha birinin cəsədi tapılıb

© apaHelikopter
Helikopter - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib və bu haqda Azərbaycan tərəfinə məlumat verilib.

BAKI, 11 yan — Sputnik. Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib və bu haqda Azərbaycan tərəfinə məlumat verilib.

Bu barədə Sputnik SOCAR-a istinadən məlumat verir.

Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür. 

Günəşli platformasında baş verən yanğının söndürülməsi - Sputnik Azərbaycan
FHN-in təyyarəsi itkin düşmüş iki neftçinin cəsədini ölkəyə gətirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 nəfərdən 33-ü xilas edilib, 1 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 10 nəfərin cəsədi tapılıb, 19 nəfərin isə axtarışları davam etdirilir.


Xəbər lenti
0