CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaranda növbəti əməliyyat keçirilib

© TrendNardaran
Nardaran - Sputnik Azərbaycan
Abunə olmaq
Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçiriblər.

BAKI, 9 yan — Sputnik. Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirib.

Sputnik-in Trend-ə əsasən verdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Muradpur Heydər, 1959-cu il təvəllüdlü Mürsəl Qasımov və 1983-cü il təvəllüdlü Rahib Quliyev şübhəli şəxs qismində saxlanılıb.

M.Heydərin üzərinə baxış keçirilərkən 1,120 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat zamanı M.Qasımovdan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi, R.Quliyevdən isə 1 ədəd F-1 qumbarası götürülüb.

Sabunçu rayon məhkəməsinin qərarları ilə saxlanılan şəxslərdən M.Heydər və R.Quliyev barəsində həbs qətimkan tədbiri, M.Qasımov barəsində isə inzibati həbs seçilib.

Xəbər lenti
0