Курение в общественных местах

"Cibimdə 5 manat var, onu da siqaretə vermək istəmirəm..."

270
(Yenilənib 16:29 08.01.2016)
Bu gün ölkədə tütün məhsullarının qiymətləri yenidən qalxıb. Sputnik-in əməkdaşı bu bahalaşmaya, siqaret çəkən bəzi tanınmış insanların münasibətini öyrənib.

BAKI, 8 yan — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün ölkədə tütün məhsullarının qiymətləri yenidən qalxıb. Sputnik-in əməkdaşı bu bahalaşmaya, siqaret çəkən bəzi tanınmış insanların münasibətini öyrənib.

Mahir Mammadli — junalist: "Siqaretin, yaxud başqa məhsulun bahalaşmasına münasibət təbii ki, mənfidir. Birdən-birə aylıq büdcəmizdə siqaret büdcəsi azı 70-80 manat artıb son 20 gündə. Nəzərə alsaq ki, siqaret aludəçiliyi də bir növ xəstəlikdir, o zaman onu çəkməkdən imtina o qədər də asan deyil. Amma, təbii ki, siqaretə pul çatdıra bilməsək, məcburən imtina etməli olacağıq. Siqareti atılması prosesini hamı eyni cür yaşamır. Odur ki, ətrafımızdakılara səbr arzulayıram".

Махир Мамедли, журналист
şəxsi Facebook səhifəsindən
Махир Мамедли, журналист

Rauf Alagözov — şair: "Münasibətim müsbətdir. Təklif edirəm ki, siqaret daha çox bahalaşsın və qida məhsullarının bahalaşmasının qarşısını almaq üçün siqaret və içkinin bahalaşmasından gələn pul kompensasiya edilsin".

Emil Maqalov — narkomaniya üzrə ekspert: "Siqaretin qiymət artımı onu tərgitməyə yox, daha da artırmağa təkan verdi. Bəzilərimiz siqareti psixoloji duruma görə çəkdiyimizdən, artım və krizis bunu daha da sürətləndirdi".

Faiq Balabəyli — şair: "Mən siqareti 22 yaşım olanda, 1986-ci ildən çəkmişəm. Bu uzun illər ərzində iki dəfə siqareti atmaq qərarına gəlmişəm və hər ikisində də çətinlik çəkmədən tərgitmişəm. Birinci dəfə 4 il qabaq. Təxminən ötən ilin 1-ci yarsında yenidən tərgitdim. "Siqaret, səninlə mənimki tutmaz", dedim. Bahalaşmaya qədər artıq siqaretlə mənim aramda "soyuqluq" var idi".

Фаиг Балабейли, поэт
şəxsi Facebook səhifəsindən
Фаиг Балабейли, поэт

Sona Mamedova — tələbə: "Atam siqaret çəkir. Siqaretin bahalaşması siqareti tərgitməyə səbəb olmur. Mən siqaret çəkən birisi olsaydım, mənim də tərgitməyimə səbəb olmazdı. Nişanlım Tariyelin də tərgitməyinə səbəb olmayacağından əminəm".

Эльнур Гидаятоглу, телеведущий
Эльнур Гидаятоглу, телеведущий
Elnur Hidayətoğlu — televiziya aparıcısı: "Şəxsən mən siqareti tərgitmişəm. Düz deyirlər, siqaret psixoloji bir şeydir. Sağlamlığa ziyandır deyə, tərgitmək olmur. Amma psixoloji özünə təsir etsən ki, bu qədər bahalaşma qarşılığında gündə 5 manata yaxın siqaretə pul vermək çətindir, avtomatik siqareti tərgitmək məncə asanlaşır. Yəni, özünə psixoloji təsir etməsən, mümkün deyil. İkinci devalvasiyadan sorna tərgitmişəm. Bu isə 3-cü devalivasiyadır".

Amid İsgəndərov — jurnalist: "Siqaret çəkən insan qiymətindən aslı olmayaraq çəkəcək. Bir həftə əvvəl axşamüstü bir ucaboylu mədəni, yaşı 52-53 olan bir kişi yaxınlaşıb mənə deyir ki, "Siqaretin varsa, mənə 2-3 ədəd ver də. Maaş almamışam, cibimdə 5 manat pulum var, istəmirəm onu da siqaretə verim". Deməli pulunun olmamasına baxmayaraq, o adam yenə də siqareti kimdənsə aldı".

Zaur Xudiyev — idman jurnalisti: "Artıq tərgitdim. Dekabrın 22-dən çəkmirəm. Səbəb də böyük ölçüdə bahalaşma oldu".

270
Teqlər:
tərgitmək, tütün, siqaret, alkoqolizm
Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)
Əlaqədar
Tütün məhsulları yenidən bahalaşdı
Ekspert: Prezident əhalinin tütün və alkoqol həssaslığını nəzərə aldı
Siqaret çəkib, içki içənlərin nəzərinə!
Elektron siqaretlər uşaqları öldürə bilər
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi

Tibbi maska infeksiya mənbəyinə çevrilərsə...

7
(Yenilənib 16:00 20.04.2021)
Azərbaycan Həkimləri İctimai Birliyinin idarə heyətinin üzvü Ədalət Rüstəm bildirib ki, tibbi maskadan istifadə müddəti 2 saatdan artıq ola bilməz.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda koronavirus pandemiyası dövründə açıq və qapalı şəraitdə maskadan istifadə məcburi olduğundan, maskadan virusdan qorunmaq məqsədilə deyil, cərimə olunmamaq üçün istifadə edənlər də az deyil. Məlumata görə, keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Statistikanı şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli tibbi maskadan istifadə ilə bağlı hesablama aparıb: "Ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşlarının maska taxmadığını (amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi. Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir. Ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində ən azı 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5x3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 milyard 180 mln. ədəd maska istifadə edilməli idi. Bizdə isə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür. Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib".

İqtisadçı bildirib ki, maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır. O qeyd edib ki, əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun: "Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir".

Həkimlər də tibbi maskadan uzun müddət istifadənin düzgün olmadığını söyləyirlər.

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi maskadan istifadə müddəti 2 saatdan artıq ola bilməz. Onun sözlərinə görə, tibbi maska həmin müddətdən sonra keyfiyyətini itirir: "Tibbi maskanın əsas funksiyası qorumaqdır. İnsanlar pandemiya dövründə maskanı virusdan qorunmaq üçün istifadə edirlər. Amma bəzən bir maskanı bir gün və yaxud bir neçə gün istifadə edən insanlar var. Həmin şəxslər bilməlidirlər ki, bu zaman maska onları virusdan qorumayacaq. Əksinə, uzun müddət istifadə edilmiş maska infeksiya mənbəyinə çevriləcək".

Ə.Rüstəm xüsusilə yay fəslində bir tibbi maskadan iki saatdan artıq istifadənin düzgün olmadığını söyləyir. Onun sözlərinə görə, havalar isindikcə tərləmə nəticəsində maska daha tez çirklənir. Bu zaman maskanı tez-tez dəyişmək lazım gəlir".

Qeyd edək ki, N.Cəfərli açıq havada maska taxmaq tələbinin ləğv edilməsinin vacibliyini də qeyd etmişdi.

7
Yağışlı hava, arxiv şəkli

Hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

8
(Yenilənib 15:14 20.04.2021)
Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir

 

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən 23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

8
İstanbula mənzərə, arxiv şəkli

Türkiyədən Fransa Yunanıstana sərt xəbərdarlıq

0
(Yenilənib 16:19 20.04.2021)
Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

BAKI, 20 aprel — Sputnik. Fransa və Yunanıstanın Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Türkiyə xəbər verir ki, Türkiyə Aralıq dənizindəki sərhədinin pozulması ilə bağlı diplomatik yolla reaksiya vermək qərarı alıb.

XİN-ə dəvət olunan Yunanıstanın səfiri Michael-Christos Diamessis ilə Fransa səfiri Herve Magro ilə üz-üzə baş tutan görüşlərdə onlara sərt şəkildə etiraz edilib. Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

Qeyd edək ki, ötən şənbə günü bölgəyə göndərilən Türkiyə freqatı həm Fransanın araşdırma gəmisinə, həm də Yunanıstanın "Elli" adlı freqatına bölgəni tərk etməsinə dair xəbərdarlıq edib. Xəbərdarlığın ardından hər iki gəmi bölgəni tərk edib.

 

0
Teqlər:
Aralıq dənizi, xəbərdarlıq, Yunanıstan, Fransa, Türkiyə