CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb

© NİİMBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Böyükşor - Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

BAKI, 1 yan — Sputnik. Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Bu barədə Sputnik Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.

Məlumata əsasən, hava şəraiti ilə bağlı olaraq Böyükşor — Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. Eyni zamanda Zığ dairəsi — Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Mərkəzdən bildirilib ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Xəbər lenti
0