Tariyel Faziloğlu,Humel psixoloqiya mərkəzinin direktoru

Tanınmış psixoloqdan həyəcanlı proqnozlar

1839
(Yenilənib 17:44 30.12.2015)
Taryel Faziloğlu: Devalvasiya ilə birlikdə ailədaxili münaqişələrin, boşanmaların, oğurluğun və digər cinayətlərin sayı sürətlə artacaq.

BAKI, 30 dek — Sputnik. Geridə qoyduğumuz 2015-ci il müəyyən uğurları istisna etsək, Azərbaycan xalqı üçün o qədər də ürəkaçan olmadı. Təkcə bu il ərzində milli valyutanın iki dəfə dəyərdən düşməsi vətəndaşların güzəranında özünü açıq şəkildə büruzə verdi. Bu il iqtisadi böhran səbəbilə intihar edənlərin sayında kəskin artım olub. Gələn il üçün verilən proqnozlarda da xeyirli əlamətlər yoxdur.

Tanınmış psixoloq, "HUMEL" psixologiya mərkəzinin rəhbəri Taryel Faziloğlu, devalvasiyanın, iqtisadi böhranın insan psixologiyasına, intiharlara təsiri barəsində Sputnik-ə özəl müsahibə verib.

— Tariyel müəllim, intihar edən insanlar nəyə görə başqa çarə axtarmırlar və çarəni məhz intiharda görürlər?

— İntihara çarəni öyrənmək üçün ilk öncə intihar hadisəsinin özlüyündə nə olduğuna baxmaq lazımdır. Bu əsasən 3 formada olur: Hazırlıqlı intihar, Affekt vəziyyəti və ehtiyatsızlıq.

Hazırlıqlı intiharda, insanlar müəyyən problemləri yaşayırlar, posdramatik stress pozuntusuna keçirlər və psixoloji gərginliyin altında əzilməyə başlayırlar. Bu əzilmə artıq dözülməz hala çevriləndə, insan bir növ nəfəs ala, yaşaya bilmir. Və bununla da hazırlıqlı intihar prosesi başlayır. Zamanla dünya ilə bütün əlaqələr, iplər qopmağa başlayır, sonda intihara cəhd edilir. Bu növ intiharlar planlı olduğu üçün 70 % uğurlu olur.

Psixoloq Tariyel Faziloğlu
Sputnik/ Мурад Оруджев
Tariyel Faziloğlu,Humel psixoloqiya mərkəzinin direktoru

İkinci növ intihar hadisələr var ki, insanlar şok hadisələr, misal üçün ağır itki baş verdikdə, günah hissi yaşadıqda qısa müddətli affekt vəziyyətə düşürlər və intihara meyllənirlər. Affekt vəziyyət şüurun tamamilə durması deməkdir. Bu zaman insanda şüur qapanır, beyində tək bir mərkəz aktiv qalır, o da ölüm mərkəzidir. Və bu mərkəzin tək bir əmri olur — "öldür".

Üçüncü növ intihar isə ehtiyatsızlıq ucbatından olur. Məsələn, böyük bir iş adamı öz biznesini genişlətmək üçün ağır borc altına girir və onu ödəyə bilməyəndə çıxış yolunu ancaq intiharda görür.

Ona görə də, intihar hadisələrinə ümumi intihar adı ilə baxmaq olmaz. Bunu təsnifatlaşdırmadan çarəsini tapmaq çətindir.

-Azərbaycanda daha çox hansı növ intiharlar müşahidə olunur?

— Ölkəmizdə ən çox görünən intihar növləri affekt vəziyyətində olan növlərdir. Daha sonra ehtiyatsızlıq, maddi imkansızlıqdan doğan səbəblərə görə baş verən intiharlardır.

-İntihar edənlərin ortalama yaş həddi neçədir?

— Uzun müddət Azərbaycanda intihar edənlərin yaşı 30-un üzərində idi. 2005-ci ildən sonra bu yaş sürətlə aşağı enməyə başladı. Hazırda intihar edənlərin yaş həddi 10-a enib.

Bu çox ciddi məsələdir. Hamımız bilirik ki, dünyada qloballaşma gedir və virtual aləmin sərhədləri yoxdur. Kütləvi informasiya vasitələrində, telekanallarda süni parıltı maksimum tərzdə təbliğ olunur. Bu süni parıltı yeniyetmə və gənclərin istək və arzularını qeyri-real müstəviyə çıxarır. Amma reallıqla qeyri-real müstəvi arasında təzad nə qədər böyük olanda gənclər o qədər çox zədə alırlar, qırılmalar yaşayırlar. Və o qırılmaların üzərinə emosianallığı əlavə edəndə intihar üçün zəmin yaranır.

-Devalvasiyanın intihar hadisələrinə təsiri barədə nə düşünürsüz?

— Dünyadakı bütün iqtisadi böhranlar depressiya dönəmi olaraq xatırlanır. Bunun tarixdə örnəkləri çoxdur. Əlbəttə, bu böhranın da bir çox təsirləri olacaq. Ancaq bu təkcə intiharlarla qalmayacaq.

İnsanlar iqtisadi böhran dönəmlərində stressdən qaynaqlanan xaotik psixoz yaşayırlar. Xaotik psixoz zamanı insanlar çox şeylərini itirmək duyğusuna qapılırlar və aqresivləşirlər. Bütün vasitələrə əl atmağa başlayırlar. Radikallıq da burdan yaranır.

Ona görə də radikal cərəyanlara qoşulanlar da çoxalacaq. Cinayətlərin, ailə daxili münaqişələrin, boşanmaların, oğurluğun və s. cinayətkarlıqların sayı sürətlə artacaq. İqtisadi və sosial sınmalar dönəmində ən çox zərbə alan qurum ailədir. Təəssüfki, böhran boşanmaların sayını iki qat artıracaq. 

- İqtisadi böhran səbəbilə vətəndaşlar arasında ciddi xaos var, dövlət hansı tədbirləri görməlidir?

— Mədəni ölkələrdə, iqtisadi devalvasiya və dəyişikliklərə gedilən zaman iqtisadçılarla yanaşı etno-psixoloqların da məsləhəti nəzərə alınır. Etno-psixoloqlar xalqın verəcəyi təpkini hesablayır və o təpkinin qırıcı, dağıdıcı olmaması üçün təkliflər irəli sürürlər. Təəssüf ki, bizdə bu yoxdur, hər şey kor-koranə edilir. Mən prezidentə məktubla müraciət etmişəm. Azərbaycanda təcili psixoloji savaş institutları qurulmalıdır. İqtisadi psixologiya işlənməlidir. Xalq hər bir şeyə hazırlıqlı hala gətirilməlidir.

1839
Teqlər:
intihar, Affekt, "HUMEL" psixologiya mərkəzi, psixoloq, Taryel Faziloğlu
Əlaqədar
Bayram günləri manatın aqibəti necə olacaq?
Azərbaycan Mərkəzi Bankı manatın dollara qarşı ucuzlaşdığını açıqlayıb
Manatın devalvasiyası "yolkalar"ı da vurdu
Bayram günlərində heç 2 manata da 1 dollar tapa bilməyəcəyik
Çörək istehsalı, arxiv şəkli

Azərbaycanda çörəyin qiyməti artıb?

0
Çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən "dairəvi zavod çörəyi"nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə monitorinqlər aparılır

BAKI, 25 fevral — Sputnik. Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

Bu barədə Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidməti bildirir ki, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən "dairəvi zavod çörəyi"nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

İstehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel:498-15-01, 498-15-04).

0
Teqlər:
monitorinq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, qiymət artımı, qiymət, çörək

Cəbrayılda mülki şəxs minaya düşdü

6
Güloğlan Mirzəliyev Mehdili kəndində kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb

 

BAKI, 25 fevral — Sputnik. Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

6
Teqlər:
mülki şəxs, Azərbaycan, Qarabağ, Cəbrayıl, mina