US Capitol Building

"Qlobal Maqnitski Aktı"na Azərbaycanı əlavə etmək cəhdləri alınmayacaq

178
Səməd Seyidov ermənilərin ABŞ Konqresində hazırlanan bu akta Azərbaycanın adının əlavə etməyə cəhd göstərdiklərini deyib.

BAKI, 30 dek-Sputnik. "Qlobal Maqnitski Aktı"na Azərbaycanı əlavə etmək cəhdləri alınmayacaq.

Bu fikri Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ Konqresi tərəfindən "Qlobal Maqnitski Aktı"na Azərbaycanın da əlavə olunacağı barədə məlumatlara münasibət bildirərkən deyib.

Sputnik APA-ya istinadən xəbər verir ki, S.Seyidov Azərbaycanda bəzi mətbuat orqanlarının bu məsələni yanlış təqdim etdiyini deyib.

O, bildirib ki, bu ilin əvvəlindən Konqresdə "Qlobal Maqnitski Aktı" müzakirə olunur və artıq komitələr səviyyəsində də müzakirə keçirilib: "Bu, Rusiyaya qarşı qəbul olunmuş "Maqnitski Aktı"nın başqa ölkələrə və şəxslərə şamil olunması ilə bağlı bəzi konqresmenlərin və senatorların təşəbbüsüdür. Konqresmen Kristofer Smitin bu yaxınlarda təqdim etdiyi "Azərbaycan Demokratiya Aktı-2015" qanun layihəsi də gələn il böyük ehtimalla qəbul olunacaq "Qlobal Maqnitski Akt"ına ermənilərin köməyi ilə Azərbaycanı daxil etmək cəhdidir. Konkret Azərbaycanla bağlı sənədin müzakirəsindən söhbət getmir. Belə məsələləri işıqlandırarkən bizim mətbuat bunu nəzərə almalıdır".

178
Teqlər:
erməni, Azərbaycan, Kristofer Smit, Səməd Seyidov, Konqress, Qlobal Maqnitski Aktı
Əlaqədar
Bu, ABŞ ilə münasibətlərimizin sonu deməkdir
ABŞ Konqresi bu layihəyə dəstək verməyəcək
Ekspert: ABŞ-a qarşı layihə münasibətləri daha da gərginləşdirəcək
Azərbaycan ABŞ siyasi elitasını ölkəyə buraxmaya bilər
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

6
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

6

Nazirlikdən şaxta ilə bağlı ciddi xəbərdarlıq: Ehtiyac olmadıqda küçəyə əsla çıxmayın!

11
(Yenilənib 22:38 24.02.2021)
Hazırda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir.

BAKI, 24 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

"İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər", - deyə məlumatda bildirilir. 

11
İsraildə vəziyyət

İsrail bəzi ölkələri Qüdsdə səfirlik açmaları üçün peyvəndlə şantaj edir?

0
(Yenilənib 00:55 25.02.2021)
"Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür"

BAKI, 25 fevral — Sputnik. İsrail mediası bu ölkə hökumətinin öz səfirliklərini Qüdsə köçürməyin əvəzində bəzi dövlətlərə COVID-19 peyvəndi verməyi planlaşdırdığından yazıb.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, İsrail İctimai Yayım Korporasiyasının məlumatına əsasən, Honduras yaxın vaxtlarda İsrailin ehtiyatlarından 5 min doza koronavirus peyvəndi alacaq. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, yaxın günlərdə peyvənd preparatlarını daşımaq üçün Hondurasdan İsrailə bir təyyarə göndəriləcək. Bundan başqa, Qvatemala və Çexiyanın da eyni şərtlərlə İsraildən peyvənd alacağı vurğulanır.

Mənbə Hondurasın ABŞ-dan sonra İsraildə səfirliyini açan ikinci ölkə olduğunu xatırladaraq Qvatemala və Çexiyanın da eyni addımı atacaqları ilə bağlı söz verdiklərini bildirib.

Digər tərəfdən, İsrailin müdafiə naziri Beni Hans Baş nazir Benyamin Netanyahunun belə bir addım atmasının qeyri-qanuni olduğunu bildirib. "Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür", - deyə Hans "Twitter" hesabında paylaşım edib.

Belə bir addımın hökumət tərəfindən müzakirə edilərək təsdiqlənməsinə ehtiyac olduğunu bildirən Hans "Yalnız təhlükəsizlik, siyasət və ya sağlamlıq baxımından məcburi vəziyyət yaranarsa, bu cür addım atmaq olar", - deyə vurğulayıb.

Netanyahunun mətbuat mərkəzindən verilən yazılı açıqlamada isə keçən aydan bəri istifadə olunmayan məhdud miqdarda peyvənd preparatının toplandığı, bu səbəbdən də müraciət edən bəzi ölkələrə simvolik miqdarda peyvənd verilə biləcəyi qeyd olunub.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Benyamin Netanyahu, Binyamin Netanyahu, Netanyahu, İsrail