manat

Bayram günləri manatın aqibəti necə olacaq?

305
(Yenilənib 13:23 30.12.2015)
Azərbaycan Mərkəzi Bankı əhalini spekulyativ xarakterli məlumatlara və şayiələrə inanmamağa çağırıb.

BAKI, 30 dek-Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

Sputnik AMB-yə istinadla xəbər verir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.

21 dekabrda manatın məzənnəsinin kəskin aşağı düşməsi Azərbaycan Mərkəzi Bankını üzən məzənnə rejiminə keçməyə vadar edib. AMB-nin gündəlik rəsmi məzənnələr cədvələni açıqlamasına baxmayaraq, ölkənin valyuta bazarında ciddi qeyri-sabitlik və spekulyasiya baş verir. Məsələn, bu gün günorta saatlarına valyutadəyişmə məntəqələrində 1 dollar artıq 1.7200-dən satılır. Halbuki AMB-nin dekabrın 30-na olan rəsmi məzənnələr bülletenində dolların rəsmi məzənnəsinin 1,5594 manat olduğu açıqlanıb.

Təcrübədə ölkədə milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin müəyyən edilməsinin 3 üsulu mövcuddur: 1. Üzən 2. Üzən-tənzimlənən 3. Təsbit edilmiş. Üzən məzənnə rejimində məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır. Mərkəzi Bank yalnız fövqəladə hallarda valyuta bazarına müdaxilə edir. Üzən-tənzimlənən rejimdə isə məzənnə əsasən tələb-təklif əsasında müəyyən edilsə də, Mərkəzi Bank kəskin tərəddüdlərinin qarşısını almaq üçün aktiv fəaliyyət göstərir. Təsbit edilmiş rejimdə isə valyuta məzənnəsi Mərkəzi Bank tərəfindən elan edilir və məzənnənin sabitliyi təmin edilir.

305
Teqlər:
bayram, məzənnə, Azərbaycan Mərkəzi Bankı, Milli Bank, manatın devalvasiyası, valyuta, manat, dollar
Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)
Əlaqədar
Azərbaycan Mərkəzi Bankı manatın dollara qarşı ucuzlaşdığını açıqlayıb
Banklar xarici valyuta satışını dayandırdı
Mərkəzi Bank 1 dolların 2 manat olması məsələsinə aydınlıq gətirdi
Mərkəzi Bank dollar krediti olanlara kömək edə bilər
Mərkəzi Bankın rezervləri dəhşətli dərəcədə aşağı düşüb
Rusiyada vaksinasiya, arxiv şəkli

Vaksinasiya prosesində yanlışlığa görə iki həkim işdən çıxarıldı

2
(Yenilənib 15:05 22.04.2021)
Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

BAKI, 22 aprel — Sputnik. "Vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

2
Teqlər:
işdən qovulma, həkim, vaksinasiya, vaksin
Bıçaq əlində qadın, arxiv şəkil

Qadın ərini ürəyindən bıçaqlayıb

3
(Yenilənib 14:17 22.04.2021)
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 22 aprel — Sputnik. Aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qaradağ rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həyat yoldaşı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

3
Hindistanda epidemioloji vəziyyət

Bu ölkə gündəlik COVID-19-a yoluxma sayına görə rekord vurdu

0
(Yenilənib 15:42 22.04.2021)
Halbuki bu ölkə peyvənd tətbiqinə görə bütün dünyada üçüncü yeri tutur və indiyə kimi 132 milyondan çox insan vaksinasiya olunub.

BAKI, 22 aprel — Sputnik. Hindistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkədə son 24 saatda koronavirusa 314 min 835 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Hindistan bu ilin yanvar ayında ABŞ-da qeydə alınan göstəricini keçərək dünyada antirekord vurub. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla məlumat yayıb. Son sutka ərzində Hindistanda COVID-19-dan ölənlərin sayı isə 2 min 104 nəfər olub. Nəticədə ümumilikdə bu ölkədə koronavirus qurbanlarının sayı 184 min 657-yə çatıb.

Türkiyədə epidemioloji vəziyyət
© AFP 2021 / ADEM ALTAN

Xəstəlikdən sağalanların sayı isə 13 milyon 454 min 880 nəfər olub. Hazırda 2 milyon 291 min 413 nəfərin müalicəsi davam edir.

Mütəxəssislərin sözlərinə görə, artıq xəstəxanalarda virusa yeni yoluxanları qəbul etməyə yer yoxdur və tezliklə ölkənin səhiyyə sistemi çökəcək.

Əhalisinin sayı 1,4 milyard nəfər olan ölkədə hazırda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Səhiyyə Nazirliyi indiyə kimi 132 milyon 330 min 644 doza peyvənd tətbiq olunduğunu bildirib.

Peyvənd məlumatlarının əks olunduğu "Ourworldindata.org" internet saytınında yer alan məlumata görə, Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvənd tətbiq olunan 3-cü ölkədir.

 

0
Mövzu:
Yeni tip koronavirus pandemiyası