Yalan

Yalan deyəni ifşa etmək istəyirsiniz?

1429
NLP eksperti Babək Bayramov sizə yalan deyəni ifşa etmək üçün dəyərli məsləhətlərini verir.

BAKI, 27 dek — Sputnik. Bir insanın yalan və ya doğru söylədiyini necə anlaya bilərsiniz??? Çox asan… Çünki sizə təqdim edəcəyimiz yalan söyləyəni anlama texnikaları vasitəsilə bu çox asan olacaq. Bir insanın baxışlarından, etdiyi hərəkətlərdən, qarşınızdakının bədəninin verdiyi mesajlardan sizə doğru yoxsa yalan söylədiyini anlaya bilərsiniz.

Əgər qarşınızdakı yalan mövzusunda professional deyilsə, sizə bunu bir şəkildə hiss etdirəcəkdir. Ancaq bu mövzuda professional olmuş yaxşı bir yalançını anlamaq çətindir. Davamlı yalan danışan bir adam üçün bu üsullar işə yaramaz.

Yalan danışanlar ümumiyyətlə göz təmasından qaçınar. Əllərini və qollarını daha az istifadə edər. Sual soruşduğunuzda ovucunu sıxar ya da əllərini sizə çevirməz.

Ümumi rəftarı dəyişər. Sakit bir insan birdən həyəcanlı davranarkən, daha hərəkətli insanlar donuq rəftarlarla danışmağa başlar.

Soruşduğunuz sadə suallara daha əvvəldən cavabını hazırladığı üçün lazım olduğundan detallı cavablar verər. Lakin bunun ardından gözləmədiyi bir sual soruşsanız birdən tərəddüd edər və cavab vermək üçün zaman qazanmağa çalışar.

Təəccüb, qorxu ya da xoşbəxtlik kimi duyğuları ifadə edən ifadələri yalnız ağız bölgəsiylə məhdud qalar.

Ayaqda dayanarkən ya da oturarkən yalan danışan biri ümumiyyətlə kürəyini dik tutmaz.

Olduğu narahat mühitdən xilas olmaq istəyiylə gözünü qapıya çevirər və danışdığı adamla arasına məsafə qoyar.

Suallara dəqiq cavablar verməz. Hər vaxt sakit qarşıladığı suallara həddindən artıq reaksiyalar verər. Özü sizə sual yönəltməz.

Zarafatlar edərək mövzunu ötürmək istər ya da çox dramatik bir hekayə izah edərək sizi laqeydliklə günahlandırar.

Tez-tez üzünə toxunar.Burnunu çəkər, başını sıxar. Xüsusilə ağız bölgəsinə yaxın bölgələrə toxunması diqqət çəkər.

Üstündəki paltarları düzəldər. Köynəyinin yaxasını boşaldar. Ya da əlində tutduğu bir cisimdən güc almağa çalışar.

1429