Yeni il hədiyyələri

500 manat cərimələnmək istəmirsinizsə, bunu oxuyun

421
(Yenilənib 12:44 25.12.2015)
Satıcılar belə məhsulları ancaq dekabrın 30-u və 31-i tapmağın mümkünlüyünü deyiblər.

BAKI, 25 dek — Sputnik. Yeni ilin yaxınlaşması ilə birlikdə, pirotexnik vasitələrin (fişəng, çılçıraq və s.) satışı çoxalmağa başlayıb. Əsasən metro çıxışlarında, küçədə açıq şəkildə satılan bu məhsullara əhalinin marağı böyükdür. Əsasən də uşaq və yeniyetmələrin.

  

Lakin hazırda satışda olan məhsullar gənc təbəqəni qane etmir. Çünki onlar fişəngdən, çılçıraqdan daha çox yüksək xalq arasında "vzrıvpaket" adlandırılan səsli oyuncaq partlayıcı almaq istəyirlər ki, bunun da satışına icazə verilmir. Hətta bu partlayıcını satanların 500 manat cərimə olunacağı bildirilir.

Bunu Sputnik-in əməkdaşına 28 may metrosu çıxışında pirotexnik vasitələrin satışı ilə məşğul olan küçə ticarətçiləri deyib. Onlar, polisin satışa ciddi nəzarət etdiyini deyiblər:

"Əgər "vzrıvpaket" satdığımızı görsələr, yerindəcə 500 manat cərimələyirlər".

Satıcılar belə məhsulları ancaq dekabrın 30-u və 31-i tapmağın mümkün olduğunu deyiblər.

421
Teqlər:
oyuncaq, pirotexnik vasitələr, Yeni il, metro, 28 may, uşaq, Azərbaycan
Əlaqədar
DİN-dən xəbərdarlıq: Yeni ildə fişəng partlatmaq qadağandır

Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı

17
Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb

BAKI, 28 sentyabr - Sputnik. Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, işğalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və "VAZ 2107" markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

17
Teqlər:
erməni təxribatı, mərmi, maşın, ev, dinc sakin, Ağdam, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
ABŞ Dövlət Departamenti

ABŞ da Qarabağa görə dilləndi

35
Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağdakı situasiyanı tənzimləməkdə hər iki ölkəyə yardım etməyə hazır olduğunu bildirib.

BAKI, 28 sentyabr - Sputnik. ABŞ Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda atəşi dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda eskalasiyadan narahat olduqlarını bildirərək tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qayıtmağa dəvət edib.  

Dövlət Departamentinin məlumatında o da bildirilir ki, münaqişədə üçüncü ölkələrin iştirakı regiondakı vəziyyəti daha da gərginləşdirəcək.

ABŞ Yerevan və Bakını Dağlıq Qarabağda vəziyyəti daha da pisləşdirə biləcək hərbi ritorika və əməliyyatlardan çəkinməyə çağırıb.

Dövlət Departamenti ABŞ-ın Dağlıq Qarabağdakı situasiyanı tənzimləməkdə hər iki ölkəyə yardım etməyə hazır olduğunu bildirib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

35
Teqlər:
Dövlət Departamenti, ABŞ, Ermənistan, Azərbaycan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Rəsmi Bakı: Məsuliyyət tam olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür