Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Bakıya getmək adı ilə İŞİD-ə qoşulan cütlüyü axtarır

© Sputnik / Mokhamad MarufİŞİD-ə qoşulan qadınlar
İŞİD-ə qoşulan qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Artur Mkrtumyan: Axı onlar niyə Bakıya getmək üçün Rusiya-Azərbaycan sərhəddindən deyil, Türkiyə ərazisindən istifadə ediblər?!

BAKI, 23 dek-Sputnik. Rusiyanın hüquq-mühafizə orqanları 28 yaşlı Moskva sakini Mariya Samoylovanın axtarışına başlayıb. Mariyanın atası Artur Mkrtumyan qızının yenicə vətəndaş nikahına girdiyi bakılı biznesmen Yuri İsmayılovla birlikdə İŞİD-ə qoşulmaq üçün Suriyaya qaçdığını iddia edir. Qızın anası isə əmindir ki, Mariya ərinin Bakıdakı qohumlarıgildədir. Cütlük oktyabrda Moskvanı tərk edib, həmin vaxtdan qız ailəsi ilə əlaqə saxlamayıb.

Sputnik Lifenews-a istinadla xəbər verir ki, Artur Mkrtumyan cütlüyün İŞİD-ə qoşulduğunu onunla əsaslandırır ki, onlar daimi yaşayış üçün Azərbaycana gedərkən birbaşa Rusiya-Azərbaycan sərhəddindən deyil, Türkiyə ərazisindən istifadə ediblər.

"Mariya azərbaycanlı ilə evlənib və islamı qəbul edib. Oğlan turizm şirkətinin rəhbəri idi və böhran zamanı problemlər olduğu üçün getmək qərarına gəliblər. Türkiyəyə uçdular. Mariya oradan zəng edib dedi ki, Bakıya köçürlər və işləri yoluna qoyana qədər əlaqə saxlaya bilməyəcəklər" — deyə qızın atası bildirib.

Moskvanın Lefortovo rayon polis idarəsi Artur Mkrtumyanın şikayəti əsasında istintaq öncəsi tədbirlər həyata keçirir.

Xəbər lenti
0