Rauf Mirqədirov

Dövlət İttihamçısı Rauf Mirqədirova 7 il istədi

694
(Yenilənib 12:14 16.12.2015)
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə növbəti proses dekabrın 23-də keçiriləcək.

BAKI, 16 dek-Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı "Zerkalo" qəzetinin sabiq əməkdaşı, siyasi şərhçi Rauf Mirqədirova 7 il həbs cəzası istəyib.

Sputnik-in məlumatına görə, bu barədə R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev jurnalistlərə bildirib.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Növbəti proses dekabrın 23-də keçiriləcək.

Rauf Mirqədirov 19 aprel 2014-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Mirqədirov saxlanılarkən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra bu həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb.

694
Teqlər:
Cinayət Məcəlləsi, deportasiya, Fuad Ağayev, Türkiyə, Zerkalo" qəzeti, Bakı Ağır Cinayətlər Məhkəməsi, Rauf Mirqədirov
Əlaqədar
Rauf Mirqədirovun məhkəmə istintaqı başa çatıb
Ombudsmanın nümayəndələri Rauf Mirqədirov və Arif Yunusla görüşüblər
Rauf Mirqədirovun həbs müddəti uzadılıb
Hüquq müdafiəçisi həbsxanada Rauf Mirqədirov və Arif Yunusla görüşəcək
MTN-də saxlanılan Rauf Mirqədirovun səhhətində problem var
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-dan daha 41 nəfər vəfat edib

2
(Yenilənib 15:06 01.12.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

2
Teqlər:
Koronavirus, COVID-19, yoluxma, Vəfat
Tələbələr imtahan verirlər, arxiv şəkli

Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin sayı açıqlandı

4
(Yenilənib 14:31 01.12.2020)
Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.

BAKI, 1 dekabr — Sputnik. 13862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.

4
Teqlər:
xərclər, müraciət, portal, tələbə, Təhsil Nazirliyi