Нацбанк АР

Mərkəzi Bank "qara siyahı"ya 14 nəfərin adını əlavə edib

36
(Yenilənib 14:47 14.12.2015)
İraq vətəndaşı Rafik Mohamad Yousefin adı isə siyahıdan çıxarılıb.

BAKI, 14 dek-Sputnik. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti bu gün BMT Təhlükəsizlik Şurasının "Əl-Qaidə" Sanksiya Komitəsinin dekabrın 10-da qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, ümumi siyahı "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən yenilənib.

Sözügedən qayda Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilib.

Ümumi siyahıya 14 nəfərin adı əlavə olunub. Həmin şəxslər İraq vətəndaşları Nashwan Abd al-Razzaq, Mohammad Tahir, Ata Abdoulaziz, Farhad Kanabi, Najmuddin Faraj, Muthanna Harith, İbrahim Awwad, Küveyt vətəndaşı Muhsin Fadhil, İraq əsilli Suriya vətəndaşları İbrahim Mohamed Khalil, Abu Mohammed al-Jawlani, vətəndaşlığını müəyyən olunmayan və yaşayış yerləri Suriya və İraq kimi göstərilən Akram Turki, Ghazy Fezza, Rusiya vətəndaşı Akhmed Rajapovich, Rusiya vətəndaşlığı olmayan, yaşayış yeri Suriya və İraq olaraq qeyd edilən Tarkhan İsmailoviçdir.

İraq vətəndaşı Rafik Mohamad Yousefin adı isə siyahıdan çıxarılıb.

Ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Siyahı aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

36
Teqlər:
Maliyyə Monitorinqi Xidməti, Əl-Qaidə, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, BMT Təhlükəsizlik Şurası, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan
Əlaqədar
Mərkəzi Bank manatı saxlamaq üçün 7,5 milyard dollar sərf edib
Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manata qaldırılıb
Mərkəzi Bankın nizamnamə kapitalı 500 mln manatadək artırıldı
Mərkəzi Bankın nizamnamə kapitalı 50 dəfə artırılır
Mərkəzi Bank: Çevik məzənnə siyasətinə keçid ciddi araşdırılır
Mərkəzi Bankın kredit faizini endirməyə dair fəaliyyəti davam edəcək
Mərkəzi Bank bir aya 1,2 milyard dollar itirib
Mərkəzi Bankdan kiçik banklara və müştərilərə zərbə
Mərkəzi Bank digər bankları ajiotaj yaratmamağa çağırıb
Ekspert: Mərkəzi Bank limiti aradan qaldırmalıdır
Yaponiyada qoruyucu maskada olan insanlar

Avropanın "ağ siyahısı": yaponları oradan silirlər

0
(Yenilənib 00:58 27.01.2021)
Avropa Birliyi sərhədlərini Yaponiya vətəndaşlarının üzünə bağlamağa hazırlaşır. Bu ölkənin "ağ siyahı"dan çıxma ehtimalı yüksəkdir

BAKI, 27 yanvar - Sputnik. Avropa Birliyi ölkələrinə gəlməyə icazəsi olan insanların siyahısından Yaponiya vətəndaşları çıxarıla bilər.

Sputnik Azərbaycan bildirir ki, Avropa Birliyinin bu niyyəti barədə Bloomberg öz mənbələrinə istinadən yazır. 

Agentliyin məlumatına görə, bu qərar Yaponiyada koronavirusa yoluxmanın artması ilə bağlıdır.  

Mənbə bildirib ki, Avropa Birliyinin yenilənmiş "ağ siyahısı"nda cəmi yeddi ölkə olacaq və yalnız bu ölkələrin vətəndaşları AB-yə üzv ölkələrə səyahət edə biləcəklər. 

Siyahıdakı "xoşbəxtlər" isə Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır. COVID-19-a yoluxma sayının kəskin artması səbəbindən Böyük Britaniya bu siyahını yanvarın 1-dən tərk edib. 

0
Teqlər:
Koronavirus, qadağa, Avropa Birliyi, vətəndaşlar, Yaponiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Tərəzi, kökəlmək, köklük

Diabetə qalib gəlməyin çox asan yolu

2
(Yenilənib 00:44 27.01.2021)
Diabetə on iki həftə ərzində qalib gəlmək mümkündür. Amerikalı alimlərin araşdırmasına görə, minimal karbohidratlı pəhriz həm sağaldır, həm də arıqladır

BAKI, 27 dekabr - Sputnik. On iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.

Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər. 

Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur. 

Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.

* Minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir. 

Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.

2