Hava məkanı

Bazar günü hava necə olacaq?

76
Əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı, 12 dek — Sputnik. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi iə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

76
Teqlər:
Azərbaycanda hava, hava şəraiti, hava proqnozu, hava məlumatı, hava, hava haqqında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı, Azərbaycan
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

36
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

36

Gəncədə sərnişinlərin olduğu mikroavtobus qəzaya uğrayıb, yaralılar var

21
(Yenilənib 23:22 05.03.2021)
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

BAKI, 5 mart - Sputnik. Gəncə şəhərində 11 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza nəticəsində ilkin olaraq 5 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Mövsümov Vasif Hüseyn oğlu (1985-ci il təvəllüdlü), Hüseynov Akif Qabil oğlu, Əliyev Ayxan Elnur oğlu (2014), İsgəndərov Nail Hamlet oğlu (1978) və Zeynalova Fatimə Kamil qızıdır (1987).

Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

21
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

0
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

0
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO