İrəvanda yürüş

İrəvanda referendum saxtakarlıqları əleyhinə yürüş başlayıb

10
(Yenilənib 15:46 10.12.2015)
Təşkilatçıların sözlərinə görə, konstitusiya islahatları referendumunda Ermənistan vətəndaşlarının hüquqları kobud şəkildə pozulub.

BAKI, 10 dek-Sputnik. Ermənistan paytaxtında insan haqlarının müdafiəsinə həsr olunmuş ənənəvi illik yürüş başlayıb.

Sputnik xəbər verir ki, Erməni Milli Komitəsinin keçirdiyi yürüşə konstitusiya islahatlarına qarşı çıxan "Yeni Ermənistan" Milli Xilas Cəbhəsi də qoşulub.

Yürüş iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına doğru irəliləyirlər. Təşkilatçıların sözlərinə görə, konstitusiya islahatları referendumunda Ermənistan vətəndaşlarının hüquqları kobud şəkildə pozulub.

Müxalif "İrs" partiyasının lideri Raffi Ovanisyan ölkədə hələ də siyasi məhbusların olduğunu, Erməni Milli Komitəsinin liderlərindən biri olan Levon Zurabyan isə referendumun keçirildiyi 6 dekabr tarixini sistem zorakılığı günü adlandırıb.

Onu da bildirək ki, İrəvanın Azadlıq meydanında planlaşdırılan mitinqdən öncə polis 3 nəfəri saxlayıb.

10
Xırdalanda yanğın, arxıv şəkli

Xırdalan yenə qara tüstüyə büründü - VİDEO

39
(Yenilənib 14:49 08.08.2020)
İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb

BAKI, 8 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

39
Polis əməkdaşı, arxiv şəkli

Balakəndə istirahət edənləri polis sıraya düzdü

9
(Yenilənib 14:21 08.08.2020)
Karantin qaydalarını pozaraq Gəncədən Balakənə istirahətə gələn dostlar cərimələniblər. Karantin qaydalarını pozaraq Gəncədən Balakənə istirahətə gələn dostlar cərimələniblər.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 8 avqust - Sputnik. Karantin qaydalarını pozaraq Gəncədən Balakənə istirahətə gələn dostlar cərimələniblər.

Sputnik Azərbaycan xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində reydlər keçirirlər. Reyd zamanı sərt karantin rejimi elan edilən Gəncə şəhərindən icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxslər

Onlar polis şöbəsinə dəvət edilərək profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub. Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.

9
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
Karantin rejimini pozaraq nişan edənlər aşkarlanıb
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
On koronavirus xəstəsi cinayət məsuliyyətinə cəlb edilib