Günəşli yatağında yanğın

Əgər dənizdə itkin düşənlərə rast gəlsəz...

98
(Yenilənib 16:24 06.12.2015)
Azərbaycan Xəzər akvatoriyasındakı bütün gəmiləri, həmçinin Türkmənistan və İranın müvafiq qurumlarını itkin düşənlər barədə məlumatlandırıb.

BAKI, 6 dek-Sputnik. "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Sputnik-in məlumatına görə, faciə ilə bağlı keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri polkovnik Adil Abdullayevlə canlı bağlantı yaradıb və son məlumatları alıb.

Məlumata görə, FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və bp şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

İtkin düşənlərin axtarışı da davam edir. Axtarışa FHN-in bir təyyarəsi, 3 helikopteri, eyni zamanda Dövlət Sərhəd Xidmətinin 4 helikopteri cəlb olunub.

Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb.

Eyni zamanda Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.

Hazırda axtarış tədbirləri davam etdirilir.

FHN-dən o da bildirilir ki, hava şəraiti dalğıcların axtarış prosesinə qoşulmasına imkan vermir.

98
Teqlər:
Xəzər akvatoriyası, 10-cu dərin dəniz özülü, Dövlət Dəniz Administrasiyası, Fövqaladə Hallar Nazirliyi, FHN, Adil Abdullayev, Etibar Mirzəyev, Günəşli yatağı, Günəşli platforması, Azərbaycan
Mövzu:
Günəşli neft platformasında yanğın (59)