CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dindarları videokameralarla izləyəcəklər

© tavhid.ruNamaz
Namaz - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda bütün məscidlərdə videokameralar və təhlükəsizlik sistemləri quraşdırılacaq.

BAKI, 3 dek-Sputnik. Azərbaycanda bütün məscidlərdə videokameralar və təhlükəsizlik sistemləri quraşdırılacaq.

Sputnik-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün dinlə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

M.Qurbanlı qeyd edib ki, məscidlərdə minbəri və mikrofonı heç bir vəchlə heç kimə vermək olmaz: "Məscidə gələn şəxs burada yalnız namaz qıla bilər. O, moizə oxuya bilməz, qanun da buna icazə vermir. Kim olursa-olsun, əgər kimsə gəlib məsciddə hegemonluq edibsə, deməli, axund zəiflik nümayiş etdirib".

O bildirib ki, əgər hansısa qrup və ya şəxslər məscidə gələrək belə hallara yol verirlərsə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir.

Xəbər lenti
0