CV

İdeal CV-ni necə tərtib etməli

738
(Yenilənib 13:14 29.11.2015)
Hr-lar hansı CV-lərin sahiblərini işə götürmürlər?

BAKI, 29 noy-Sputnik. NLP ustadı Babək Bayramov işə qəbul olunmaq istəyənlər üçün faydalı məsləhətlərini davam etdirir.

İdeal CV təkcə sizin infoqrafikanız və ya uğurlarınız barədə mətn olmamalıdır. O, maraqlı və cəlbedici olmalıdır.

Səhvlər və dəqiqsizliklər

Sizcə cv-də qrammatik səhv buraxan namizədə ciddi işi həvalə etmək olar? 27% hr-lar bunu dözülməz hesab edir. 6% hr isə sənəddə səliqəsizliyi sevmir.

Təlimat

Razılaşın ki, maraqlı cv-ni oxumaq daha xoşdur, nəinki köçürülmüş vəzifə təlimatını. 15% hr-ın bundan zəhləsi gedir. Bu səbəbdən çalışın maraqlı cv tərtib edəsiniz. Daha çox əlaqə nömrələrini qoymağı unutmayın ki, hr maraqlandığı zaman sizi asanlıqla tapa bilsin. 18% hr namizədi tapmayanda ona qarşı artıq mənfi yönümlü olur.

Çoxluq

14% hr namizədin uğurları barəsində tam məlumat oxumağı sevsələr də, məktəb olimpiadası ilə fəxr etməyin yeri yoxdur (xüsusən də əgər yaşınız 25-i ötübsə). Yaxşı olar ki, karyeranızın ən parlaq anlarını təsvir edəsiniz.

Məqsəd

5% hr etiraf edib ki, onların niyə və nə məqsədlə müraciət etdiyini bilməyən namizədlərdən xoşlanmırlar.

Üstəlik 2% hr cv-də mütləq normal şəklin olmasını istəyir və tez-tez yerdəyişən işçiləri sevmir.

738
Teqlər:
ideal, CV, Hr