CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL Dubaya loukost reyslərin dayandırılması səbəbini açıqladı

Abunə olmaq
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Dubaydan Bakıya aşağı büdcəli uçuşları dayandırması ilin bu mövsümündə həmin istiqamətdə tələbatın azalması ilə bağlıdır.

BAKI, 23 noy — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Dubaydan Bakıya aşağı büdcəli uçuşları dayandırması ilin bu mövsümündə həmin istiqamətdə tələbatın azalması ilə bağlıdır.

Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, böyük sərnişin axınının olduğu Yeni ildə loukost reys bərpa ediləcək.

P.Kəsəmənski qeyd edib ki, Bakı-Dubay marşrutu üzrə adi reyslər normal rejimdə həyata keçirilir.

Xəbər lenti
0