CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Şeytan çarxı"nı niyə sökürlər?

© APAŞeytan çarxı
Şeytan çarxı - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov aydınlıq gətirdi.

BAKI, 23 noy-Sputnik. Milli Parkda Abdulla Şaiq adına Kukla Teatrının yaxınlığında yerləşən "Şeytan çarxı" karuseli sökülür.

Sputnik xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, gələcəkdə sökülən karuselin yerində uşaqlar üçün əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur. Amma hələlik bu barədə konkret qərar yoxdur: "Həmin ərazidə yerləşən karuselin istismar müddəti başa çatıb. Karusel 30 il fəaliyyət göstərib. Amma indi köhnə olduğu üçün ona tələbat yoxdur".

Rəis müavini Milli Parkda "Bakı İdman Sarayı"nın yanında bir neçə ildir aparılan tikinti işləri ilə də bağlı açıqlama verib: "Həmin ərazidə bir neçə mərtəbəli yeni ticarət və əyləncə mərkəzi tikilir".

"Şeytan çarxı" atraksionunun analoqu 2014-cü ildə "Yeni Bulvar" adlanan ərazidə, Əl Oyunları Sarayı ilə Bayraq Meydanının arasında quraşdırılıb.  Yeni attraksionun hündürlüyü 60 metrdir. Çarxın üstündə 30 vaqon var. Hər vaqonda isə 8 nəfər əyləşə bilər. "Şeytan çarxı" eyni vaxtda 240 nəfərə xidmət etmək gücünə malikdir.

"Şeytan Çarxı" üçün lazım olan materiallar isə Niderlanddan gətirilib. Onun tikinti və quraşdırılmasını Niderlandın Dutch Wheels (Daç Vilz) şirkəti həyata keçirib.

Attraksionun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.

Xəbər lenti
0