CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğul atasının evini qarət edib

© gazeta-bam.ruhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Ağaəli Mustafayevin mənzilindən 1500 manat pul və qızıl əşyalar, habelə həyətində olan "VAZ-2101" markalı avtomobildən 500 manat pul oğurlamış oğlu Araz tutulub.

BAKI, 21 noy-Sputnik. Şəkidə oğul atasının mənzilini qarət edib.

Sputnik xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ağaəli Mustafayevin oğurluq barədə şikayət ərizəsi əsasında Şəki ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat nəticəsində noyabrın 17-də A.Mustafayevin mənzilindən 1500 manat pul və qızıl əşyalar, habelə həyətində olan "VAZ-2101" markalı avtomobildən 500 manat pul oğurlamış oğlu Araz tutulub.

Xəbər lenti
0