İnsan alveri

Azərbaycanda insan alveri davam edir

211
(Yenilənib 12:25 10.11.2015)
2015-ci ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.

BAKI, 10 noy — Sputnik. 2015-ci ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.

Sputnik Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Avropa Şurasının "İnsan Alverinə Qarşı mübarizə haqqında" Konvensiyasının yerinə yetirilməsi ilə bağlı keçirilən Dəyirmi Masada Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri İlkin Qurbanov jurnalistlərə açıqlamasında deyib.

İ.Qurbanovun sözlərinə görə, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: "İnsan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanması ilə bağlı 11 fakt qeydə alınıb".

İ.Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyətə cəlb edilib.

Şöbə müdiri həmçinin əlavə edib ki, 58 nəfər insan alverinin qurbanı müəyyən olunub.

211
Teqlər:
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri, insan alveri, Azərbaycanda insan alveri, Avropa Şurası, Daxili İşlər Nazirliyi, Azərbaycan Daxili İşlər Nazirliyi, İlkin Qurbanov, Azərbaycan
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

3
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

3
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

4
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

4

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

0
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

0
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava