Nizami Gəncəvi

Dünyanın məşhur adamları yalan barədə düşünüblər

635
(Yenilənib 19:02 25.10.2015)
Siyasətçilər və satış menecerləri ən çox, kosmonavtlar isə ən az yalan danışan peşə sahibləridir.

BAKI, 25 okt-Sputnik. Yalan insan həyatının ayrılmaz bir hissəsidir. Yalan hər zaman mənfi bir xüsusiyyət kimi qəbul olunsa da, insanlar heç vaxt bu mənfi xüsusiyyətdən imtina edə bilməyiblər. Zərurət oldu, olmadı, insanlar yalan danışırlar. Sadəcə kiminin dilində yalan çoxdur, kimində də az. Ona görə də çox yalan danışan adama yalançı deyirlər. Amerikalı alimlər hələ 2000-ci illərdə bir araşdırma ilə müəyyən etmişdilər ki, dünyada ən çox yalan danışan peşə sahibləri satış menecerləri və siyasətçilərdir. Onlar adətən "zəruri" yalanları danışırlar. Biri malını, digəri isə fikirlərini sırımaq üçün yalana min cür çalar qatırlar. Kosmonavtlar ən az yalan danışan peşə sahibləri hesab olunmuşdu. Ən inandırıcı yalan danışanlar isə sığortaçılar və reklamçılar hesab edilmişdi.

Bəs dünyaca məşhur insanlar yalan barədə nə deyiblər?
Sputnik "Cazibe" on-line resursuna istinadən bu fikirlərdən bəzilərini təqdim edir:

— Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır.(Frensis Bekon)

— Var doğru yazmağa madam ki imkan,
Neçin gəlsin gərək ortaya yalan?!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar… (Nizami Gəncəvi)

— Fəlakət yalançılıqda olduğu kimi,nicat da doğruluqdadır..(Abbasqulu ağa Bakıxanov)

— Yalana qulaq asan olmasa, yalan danışan da olmaz.(Ceyms Bitti)

— Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı bir-birindən ayırmaz.(Fyodor Mixayloviç Dostoyevski)

— Sözlərin ən pisi yalandır. (Həzrəti Əli əleyhissalam)

— Xoşumuza gələn yalanları ovuc dolusu uduruq,lakin acı həqiqətləri qurtum-qurtum içirik.(Deni Didro)

— Yalançı-ALLAHA qarşı üsyan edən, lakin insanlardan qorxan bir axmaqdır.(Frensis Bekon)

— Yağ ayran içində gizli olduğu kimi, doğruluğun cövhərində də yalan gizlidir.(Cəlaləddin Rumi)

— Oğlum! Yalan danışma. Çünki yalan sərçə əti kimi dadlıdır.Onu tutan şəxs, hətta balacasını da kabab edir.(Həzrəti Loğman) (ə)

— Yalan ilə qurulan yuvanın səadəti də yalandır.(Məhəmməd Fizuli)

— Yalan söyləmək —yalan söylədiyin adamın üstünlüyünü qəbul etmək deməkdir.(Samuel Batler)

— Düz sözə yalan qatmaq qızıla başqa metal qatmağa bənzəyir: möhkəmliyi artsa da,qiymətdən düşür.(Frensis Bekon)

— Bir dəfə müəllimimdən soruşdum: "Xalqın məhəbbətini qazanmaq üçün nə etməliyəm?". O dedi: "Yalan danışmamalı,dilinlə heç kəsi yaralamamalısan".(Ernest Bakler)

— Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır.(Frensis Bekon)

— İnsan yanılanda bunu hamı görür,yalan danışanda isə bunu çox az adam görə bilir.(İohann Volfqanq Höte)

— İblisin başqa bir adı da yalandır.(Viktor Mari Hüqo)

— Yalanın ən böyük düşməni həqiqətdir.(İmmanuil Kant)

— Yalan demək insanı daxilən narahat edir, doğru danışmaq isə fərəhləndirir. (Harri Kon)

635