CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən böyük məscid bu ölkədə tikilir

© scwra.gov.azMəsciddə namaz
Məsciddə namaz - Sputnik Azərbaycan
Abunə olmaq
Məscidin ərsəyə gətirilməsini Türkiyə Diyanət Vəqfi öz üzərinə götürüb.

BAKI, 20 okt – Sputnik. Orta Asiyanın ən böyük məscidi Qırğızıstanda tikilir. Məscidin ərsəyə gətirilməsini Türkiyə Diyanət Vəqfi öz üzərinə götürüb. Paytaxt Bişkekdə tikintisi davam edən məscid Mərkəzi Asiyanın ən görkəmli və ən böyük məscidi ünvanını alacaq. 

Məscid 35000 kvadrat metrlik ərazi üzərinə inşa edilir. Məscidin həyətindəki 7500 kvadrat metrlik sahəyə isə din xidmətləri müşavirliyi ilə Qırğızıstan Müftilik binası inşa ediləcək.

Məscid hazır olduqdan sonra 20 min insan eyni anda namaz qıla biləcək.


Xəbər lenti
0