Bakı, Səməd Vurğun küçəsi

Avtobuslarını qanunsuz olaraq başqasına verənlər sərt cərimələnəcək

45
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə, yeni cəzaların tətbiq edilməsi təklif edilir.

BAKI, 19 okt — Sputnik. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə, yeni cəzaların tətbiq edilməsi təklif edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 152-3-cü maddəsinə təklif edilən əlavə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat miməbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Digər əlavəyə görə isə, nəzərdə tutulmuş bu xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

Bundan əlavə, yuxarıda qeyd olunan xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə, fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir.

 

45