Дети

Baxımsız uşaqlar üçün sığınacaq yaradılır

29
(Yenilənib 10:42 14.10.2015)
Aynur Sofiyeva: "Müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.

BAKI, 14 okt-Sputnik. Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında baxımsız uşaqlar üçün sığınacaq müəssisəsi yaradılır.

Sputnik-in xəbərinə görə, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O, hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.

Həmin müəssisənin yaradılmasını çox vacib sayan A.Sofiyeva əlavə edib ki, sığınacaqlar olduqdan sonra baxımsız uşaq aşkar edilən kimi onu həmin mərkəzlərə yerləşdirmək və problemini dərindən öyrənmək mümkün olacaq: "Uşağı həmin yerə yerləşdirdikdən sonra bir neçə gün ərzində onun problemləri ilə məşğul olmaq mümkün olacaq. Əgər uşaq kimsəsizdirsə, o, dövlət müəssisəsinə, valideyni varsa, valideyninə təhvil veriləcək. Bu halda valideynə xəbərdarlıq və ya onu məsuliyyətə cəlb etmək olar".

Azərbaycanda 4-5 il əvvəl UNICEF ilə birgə baxımsız uşaqlarla bağlı tədqiqatlar apardıqlarını deyən qurum rəsmisi qeyd edib ki, gələn il növbəti araşdırmanın aparılması planlaşdırılır.

Komitənin Azərbaycanda şikəst uşaqların dilənçiliyə cəlb edilməsi halları ilə rastlaşdığını da deyən A.Sofiyevanın sözlərinə görə, belə halların baş verməməsi məqsədilə komitə tərəfindən valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanmış təkliflər artıq qanunvericiliyə daxil edilib. Qanunvericiliyə əsasən, valideyn uşağını küçə həyatına məruz, eyni zamanda nəzarətsiz qoyduqda ona qarşı müəyyən cəza tədbirləri tətbiq edilə bilər.

29
Teqlər:
UNICEF Azərbaycan, kimsəsiz uşaq, baxımsız uşaq, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Aynur Sofiyeva, Azərbaycan
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli

Azərbaycan Ermənistanın XİN rəhbərlərinin görüşü təxirə salındı

22
(Yenilənib 12:05 29.10.2020)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü cümə günü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın bu günə planlaşdırılan görüşü təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki. Bunu adı çəkilməyən mənbə RİA Novosti-yə deyib.

Mənbə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü cümə günü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

22

Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərib

1
Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib.

Baş Nazir, həmçinin məktubunda Türkiyənin Vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib.

Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə