CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevil Yusifova təltif olundu

Sevil Yusifova
Sevil Yusifova - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri Hökümət Təşkilatı və jurnalist təşkilatları Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifovanı təltif ediblər.

BAKI, 12 okt — Sputnik. Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökümət Təşkilatı və jurnalist təşkilatları Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifovanı təltif ediblər.

Bu siyahıya Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” koalisiyası, Milli Azlıqların Monitorinq Qrupu, "Yer və İnsan" jurnalı, "Müvəkkil" qəzeti və Azərbaycanda fəaliyyət göstərən Müvəkkil Hüquq Mərkəzi, “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi, "Hüquq mədəniyyəti" jurnalı və s. daxildir. Bu barədə Sputnik-ə məlumat verən hüquqşünas Səməd Vəkilov bildirib ki, təşkilat komitəsində Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və jurnalist qurumları təmsil olunub. O cümlədən, “Azərbaycan Evi” Qeyri-Hökümət təşkilatları koalisiyasınin koordiantoru (həmin koalisiyaya ondan artıq QHT daxildir) Milli Azlıqları Monitorinq Qrupu təşkilatının rəhbəri, "Müvəkkil" qəzetinin baş redaktoru, tanınmış hüquq müdafiəçisi Elburus Məmmədov, "Yer və İnsan" jurnalının baş redaktoru, politoloq İsmayıl Qasımov, “Şəmsi Əsədullayev” Xeyriyyə təşkilatının sədr müavini Cəsarət Huseynzadə, həmçinin Müvəkkil Hüquq Mərkəzinin sədri və “Hüquq mədəniyyəti” jurnalının baş redaktoru kimi Səməd Vəkilov təşkilat komitəsində yer alıblar. Sevil Yusifova “Gürcüstan-Azərbaycan” dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə və Azərbaycan həqiqətlərinin gürcü mətbuatında uğurla işıqlandırılmasına və Azərbaycanda maarifçilik işinin fəal şəkildə həyata keçirilməsinə görə təltif edilib. Yaxın vaxtlarda mükafatın təqdimat mərasimi keçiriləcək.

Sevil Yusifova 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 

Həmçinin, “I Respublika Jurnalist Qadınların Forumu”nun təşkilat komitəsinin sədri olub.

Xəbər lenti
0