CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Həsənov: Mətbuat daxili və xarici imicin formalaşmasında resursdur

Abunə olmaq
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi: KİV seçkiqabağı dövrdə bütün tərəflərə bərabər şərait yaratmalıdır.

BAKI, 2 okt — Sputnik. KİV seçkiqabağı dövrdə bütün tərəflərə bərabər şərait yaratmalıdır. 

Sputnik xəbər verir ki, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, yəni hər kəsə pul verib təbliğ olunmaq, bərabər səviyyədə təbliğat aparması üçün tərəfsiz olaraq eyni şərait yaradılmalıdır. “KİV-in fəaliyyətinin təməlində KİV haqqında qanunvericilik, Seçki Məcəlləsi və dövlətin ümumi plüralistik siyasəti dayanmalıdır. Biz hakimiyyət olaraq mətbuatdan nə gözləyirik? Mətbuatı Azərbaycanın daxili və xarici imicinin formalaşmasında resurs kimi görürük. Biz daxildə mətbuat vasitəsi ilə ümumi əhval-ruhiyyəni, iqtidara, müxalifətə münasibətini öyrənirik və buna uyğun olaraq daxili, xarici siyasəti müəyyənləşdiririk. Opponetlərimizin rəylərini və nəyə əsaslanaraq ictimai dayaq qazandığını öyrənirik. Mətbuat ictimaiyyətin güzgüsüdür”, — deyə o bildirib.

Həsənov qeyd edib ki, biz KİV-in də iştirakı ilə dövlətin, xalqın maraqlarını dünyada qorumaq istəyirik:

“Jurnalistlər seçkinin bütün mərhələlərində prosesi izləmək hüququna malikdir. Mətbuatın vəzifəsi ilk növbədə ondan ibrətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin. Bura namizədlərin təşviqat aparması, seçicilərin seçkidə iştirakı və səslərin sənədləşdirilməsi sahəsində vəziyyətin dəyərləndirilməsi daxildir”.

Həsənov əlavə edib ki, ona görə də  mətbuat seçicilərin seçkilərə marağı, siyasi qüvvələrin, maraqlı tərəflərin seçkiyə münasibətini diqqət mərkəzində saxlamalıdır: “Mətbuat orqanı həm də kommersiya qurumudur. Ona görə də mətbuat orqanları özlərini əlavə təbliğ etmək istəyən namizədlər üçün obyektə çevrilir. Bu halda da müəyyən normalara riayət olunmalıdır. Bu normalar Seçki Məcəlləsində, MSK-nın qərarlarında, KİV haqqqında qanunvericilikdə əksini tapıb. KİV seçkiqabağı dövrdə bütün tərəflərə bərabər şərait yaratmalıdır.” 

Həsənov qeyd edib ki, seçki prosesində müşahidə olunan çatışmazlıqların konstruktiv şəkildə aradan qaldırılması üçün də KİV-lə konstruktiv əməkdaşlığı zəruri hesab edir: “Müstəqil dövlət quruculuğunun banisi Heydər Əliyev KİV üzərində bütün tənzimləyici vasitələri götürməklə azad medianın əsasını qoyub. Bu gün də prezident İlham Əliyev azad, plüralist cəmiyyətin formalaşması üçün bütün addımları atır”.

Xəbər lenti
0